preloader gif

“Qala Sığorta” II rübün uğurlu maliyyə göstəricilərini – AÇIQLADI


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı, qala sigorta, qala sığorta
09:43 24.07.2020

Azərbaycan sığorta bazarında müştərilərə daim yeniliklər təqdim edən “Qala Sığorta” cari ilin II rübünün yekunları üzrə uğurlu maliyyə göstəricilərini açıqlayıb. 

Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, ötən ilin yanvar-iyun aylarında şirkətin peşəkar satış komandası tərəfindən

12 720 054 manat həcmində sığorta haqqı toplanmışdırsa, 2020-ci ilin II rübünün yekununda bu rəqəm 6 361 463 manat və ya təxminən 50% artaraq 19 081 517 manata çatmışdır.

Xüsusi ilə qeyd olunmalıdır ki, düzgün qurulmuş satış strategiyası hətta pandemiya dövründə belə şirkətin sığorta bazarında uğurla inkişafını təmin etməkdə davam edir. Belə ki, toplanan sığorta haqları şirkətin, bazarın bütün seqmentlərində düzgün diversifikasiya olunmuş ənənəvi və qeyri-ənənəvi sığorta növləri üzrə satış hədəflərinin vaxtlnda realllaşmasının nəticəsidir. “Qala Sığorta” şirkəti ötən dövrlərdə olduğu kimi, sığorta risklərini düzgün qiymətləndirərək sığorta bazarının çox həssas sahəsi olan kənd təsərrüfatı risklərinin sığortası proqramı çərcivəsində kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı texnikalarının bütün risklərdən sığortası, həmçinin bazarda digər şirkətlərin ehtiyatla yanaşdığı elektron cihaz və dəzgah sınması kimi sığorta növlərini istehlakçılara peşəkarlıqla təqdim edir.

Sığorta haqlarındakı ciddi artımla yanaşı, şirkətin məcmu sığorta ödənişlərində də artım müşahidə olunub. Hesabatdakı rəqəmlərə nəzər yetirdikdə məlum olur ki, “Qala Sığorta” tərəfindən cari ilin II rübündə müxtəlif sığorta hadisələri üzrə ümumilikdə 1 517 846 manat sığorta ödənişi verilmişdir ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 65 609 manat və ya 4,52% çox olub. “Qala Sığorta” şirkəti tərəfindən müştərilərə verilən sığorta ödənişləri müvafiq qanunvericiliyin tələbinə uyğun olaraq tam vaxtında və opertaiv qaydada həyata keçirilmişdir.

Xatırladaq ki, “Qala Sığorta” şirkəti 20 ildən çox fəaliyyət tarixinə malikdir. Şirkət rebrendiq edərək 2015-ci ildən “Qala Sığorta” brendi altında yeni strategiya ilə fəaliyyətə başlayıb.

Şirkətin yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC-dir.

Şirkət müştərilərinə baş ofis, 1 filial və 9 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 27 növü üzrə, o cümlədən 23 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.

Mənbə: Fins.az

  •