preloader gif

Sığorta müqaviləsi nə zaman qüvvədə? |Avto sigorta bitme tarixi


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta muqavilesi 07:04 06.04.2019 | 1082

Sığorta müqaviləsi tərəflər arasında bağlana qanuni sənəddir. “İcbari sığortalar haqqında” Azərbaycan Rеspublikasının Qanununda 11.4.-cü maddənin tələblərinə əsasən qanunla və ya qanundan irəli gələn digər normativ hüquqi aktla müəyyən olunmuş icbari sığorta haqqına hər hansı formada əlavə və ya endirim (güzəşt) tətbiq etmək, həmçinin sığorta müqaviləsinin bağlanması müqabilində sığortalılara hədiyyələr vermək və ya bu cür sövdələşmələr təklif etmək qadağandır. Belə bir hal varsa sizin sığorta müqaviləsi qüvvəyə minməyə bilər. Bəs sığorta müqaviləsi ilə bağlı qüvvədə olub-olmadığını necə müəyyən edə bilərik sualına cavab aşağıdakı kimidir. İcbari sığorta müqaviləsi yalnız “İcbari sığortalar haqqında” Azərbaycan Rеspublikasının Qanununda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır.

Avtomobil sigortasının bitme tarixini necə öyrənək?

Avtomobil sigorta bitme tarixi bağlanılan müqavilənin müddətinin yekunlaşması ilə əlaqədardır. Avtomobil sigorta bitme tarixi haqqında məlumat əldə etmək çox sadədir. Sığorta müqaviləsi ilə bağlı məlumatlar informasiya sisteminə daxil olunduqdan sonra bu barədə Sizin mobil nömrənizə 9707 qısa nömrəsindən SMS göndərilir və ya şəxsən insure.az saytına daxil olaraq, servislər bölməsindən şəhadətnamə yoxlama düyməsinə klikləyərək. Verilən koda-a qısa sms göndər və avtomobil sigorta bitme tarixi ilə bağlı cavabı dərhal əldə elə.

 

 

 

açılan səhifəyə dövlət qeydiyyat nişanını tələb olunan qaydada yazdıqdan və mən robot deyiləm xanasına  işarəsini qeyd etdikdən sonra  düyməsinə klikləyərək

 

 

sığorta müqavilənizin qüvvədə olub olmadığını yoxlaya bilərsiniz.