Həyat sığortası - Həyat sığortası sığortalının sağlamlığı və həyatı ilə bağlı risklərə qarşı qorunma təmin edən sığorta növüdür.

Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsi halında, sığorta təminatının müddəti sığorta müqaviləsini bağlandığı gün saat iyirmi dörddən başlanır və sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır.

Həyat Sığortası Sahəsi Könüllü Sığorta

"Həyat Sığortası" sığorta növü sığorta olunan bədbəxt hadisə, yaxud xəstəlik nəticəsində öldükdə, ümumi, yaxud peşə əmək qabiliyyətini tam və ya qismən itirdikdə, yaxud bədbəxt hadisə nəticəsində sağlamlığına başqa cür xəsarət dəydikdə, müqavilədə müəyyən edilən məbləğdə sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutur. 
 

Daha çox göstər Daha az göstər