İcbari avtomobil sığortası - İcbari avtomobil sığortası avtomobil sahibləri üçün qanunvericiliklə nəzərdə tutulmuş məcburi sığorta növüdür. Bu sığorta yol-nəqliyyat hadisəsi zamanı üçüncü şəxslərin həyatına, sağlamlığına və əmlakına dəyən zərərlərin ödənilməsini təmin edir.
Avtomobillərin icbari sığortası haqqında bütün qanunlar “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü fəslində qeyd olunmuşdur. Avtomobillərin sığorta olunması olduqca vacibdir. Çünki ölkədəki nəqliyyat sıxlığı sayəsində tez-tez qəzalar baş verə bilir. Bu səbəbdən avtomobil sahibləri xeyli miqdarda məbləğ ödəyərək maddi ziyana uğrayırlar. İcbari sığorta sayəsində siz təzminat alaraq avtomobilinizə dəymiş ziyanı ödəməkdən azad ola bilərsiniz. Həmçinin sığorta ödənişlərinizi unutduğunuz zaman saytımıza daxil olaraq burada yoxlaya bilmək imkanına da sahibsiniz.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası zamanı ödəniləcək məbləğlər:
Adından da göründüyü kimi sizin üçün vacib olan bütün əmlaklarınızın sığortası gələcəyiniz üçün edə biləcəyiniz əsas zəmanətlərdən biridir. Ona görə də avtomobilinizi sığorta etdirməyi unutmamağınızı və İnsure.az kimi etibarlı sığorta şirkətlərinə müraciət etməyinizi tövsiyyə edirik.
Onlayn icbari sigorta almaq sizin üçün əlavə vaxt qazandırır. Müxtəlif sığorta agentlərinin sizi zəng edib narahat etməsindən narahat olmusunuzsa insure.az ilə onlayn icbari avto sigorta ala bilərsiniz. Bunun üçün sizə sadəcə şəxsi məlumatlarınızın yəni - şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və texpassport lazım olacaq. Daha sonra sığorta şirkətini seçərək icbari avto sığorta müqaviləniz üçün nəzərdə tutulmuş məbləği ödəyə biləcəksiniz. Sığorta ödənişini həyata keçirən kimi, sizin avtonəqliyyat vasitəniz sığorta edilmiş olacaq və rahatlıqla avtonəqliyyat vasitənizi idarə edə bilərsiniz.
Onlayn İcbari Avto Sığorta almağın üstünlükləri barədə deyə bilərik ki, cərimələr hazırda yollarda quraşdırılmış kameralar tərəfindən avtomatik olaraq edilir. Bunu nəzərə alaraq maksimum dərəcədə çalışmalısınız ki, maşın sığortası bitmədən siz yeni sığortanızı əldə edəsiniz. Əgər icbari sigorta bitibsə sığortanızı yeniləmədən nəqliyyat vasitənizi idarə etməməlisiniz. Hazırda isə icbari sığortanızı lazım olan anda yeniləyə bilməyiniz üçün insure.az onlayn sığorta platforması var. Siz insure.az saytı vasitəsi ilə maşın üçün icbari avto sığortanı 1 dəqiqə ərzində əldə edərək yolunuza rahatlıqla davam edə biləcəksiniz.
İcbari sığortalar haqqında Qanunla nəzərdə tutulanların yerinə yetirilməsi üçün həmin qanunun tələbləri nəzərə alınmaqla AR-ın Mülki Məcəlləsinə uyğun olaraq hüquqi şəxslərin ittifaqı kimi təsis edilib və fəaliyyət göstərir. İcbari Sığorta Bürosu (İSB) özlüyündə sığorta olunanların, zərərçəkən və zərər vurulan şəxslərin müdafiəsini, icbari sığorta ilə bağlı sisteminin sabitliyi və inkişafını təmin etmək üçün yaradılmışdır. Siz də ola biləcək hər hansı narahatçılığınız üçün birbaşa İSB-yə müraciət edə bilərsiniz. İcbari Sığorta Bürosu sizin müraciətinizi qeydə alaraq, araşdıracaq və hüquqi olaraq sizə yardımçı olacaqdır.
Sığorta şirkətləri birlikdə İsb az -ın təməlini qoymuş və formalaşdırmışdır. Bu da özündə o mənanı ifadə edir ki, İSB az həm dövlət qurumu olaraq nəzarət edici mövqeyə malikdir, həm də şirkətlərin ortaq marağını qoruyan fərdi qurum səlahiyyətlərinə malikdir.
İcbari Sığorta Sizə nə qazandırır?
İcbari Sığorta alışı artıq tam olaraq onlaynlaşıb. Bununla da siz öz avtonəqliyyat vasitənizə 5000 AZN-dək təminat əldə edirsiniz. Əgər hər hansı qəza hadisəsi olarsa icbari sığorta sizin qarşı tərəfə vurduğunuz ziyanın 5000 manatadək olan hissəsini qarşılayacaq. Beləliklə siz, icbari sigorta ilə çox az məbləğ verərək böyük təminat əldə etmiş olursunuz.
İcbari Sigorta Kalkulyatoru icbari sığortanı online yoxlamaq üçün istifadə edilən yeni bir funksiyadır. İcbari sığortanı online yoxlamaq üçün təqdim edilən, hesablayıcı icbari sığorta kalkulyatoru çox sadə və asan istifadə olunan bir alətdir. İcbari sığorta ilə bağlı hesablamalarınızı icbari siğorta kalkulyatoru vasitəsi ilə asanlıqla edə bilərsiniz.
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.