preloader gif

Məxfilik Siyasəti



Veb protalımızda qeyd olunan şərtlər, www.insure.az saytı ilə (bundan sonra “Biz”, “Profam MMC”, “İnsure.az” və ya “Veb-sayt”) Veb-saytın istifadəçisi (bundan sonra “İstifadəçi”) arasında mübadilə olunan qarşılıqlı məlumatların konfidensiallığının təmin edilməsi məqsədini daşıyır.

Bu Sənəddə “İnsure.az” dedikdə, “İnsure.az” əmtəə nişanının sahibi – “Profam MMC” Məhdud Məsuliyyətli Cəmiyyəti nəzərdə tutulur.

Bu Sənəddə “İstifadəçi” dedikdə, Veb-sayta həm üzv (müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər) qismində, həm də üzv olmadan (qeydiyyatdan keçmədən) ziyarətçi kimi daxil olan şəxslər nəzərdə tutulurlar.

Veb-saytdan istifadə etməzdən əvvəl saytımızın “Məxfilik Siyasəti” ilə tanış olmağınızı tövsiyə edirik:

1. Veb-saytın optimallaşdırılması, veb-sayta daxil olan istifadəçilərlə rəqəmsal marketinq faəliyyətlərini icra etmək, və qeyd olunan əsasda statistikanın toplanması məqsədi ilə, veb-sayta daxil olma zamanı IP ünvan və cookie faylları haqda avtomatik olaraq məhdud məlumatlar toplanır. Toplanan fayllar bizə, daxil olanların şəxsi məlumatları deyil, məhz Sizin hansı səhifələrə daxil olduğunuz haqqında məlumat verir.

2. Qeydiyyat prosesi olmadığı təqdirdə sizin kompüterin cookies fayllarının istifadəsi zamanı şəxsiyyətinizin müəyyənləşdirilməsi mümkün deyil. Cokkies fayllarında saxlanılan şəxsi məlumatlar – sizin təqdim etdiyiniz məlumatlardır. Bizim cookie faylları sizin şəxsi cihazdan şəxsi məlumatları oxuya bilməz.

3. Saytın müəyyən funskiyalarından istifadə etmək üçün (məsələn, malən onlayn sifarişi və ödənişi) istifadəçilər müqavilə qeydiyyatından keçməli və ya saytda ümumi formada olan qeydiyyatdan keçərək məlumatları təqdim etməlidirlər (məsələn, sığorta müqaviləsi üzrə ad, elektron poçt ünvanı, telefon nömrəsi, şəhər və poçt indeksi və s tələb edə bilərik).

Təhlükəsizlik Bu sayt məlumat itkisi, məlumatın yalnış və qeyri-qanuni istifadə edilməsi və ya dəyişilməsinin qarşısının alınması üçün çoxsaylı təhlükəsizlik tədbirlərindən istifadə edir. Hazırki tədbirlər şifrənin istifadə olunmasını, təhlükəsizlik serverləri ilə əlaqəni, məlumatların şifrlənməsini, ehtiyat surət çıxarılmasını, nəhayət bloklanma və xəbərdarlıq sistemini özündə cəmləyir.

Dəyişiklik və yeniləşmə Biz məxfilik siyasətini dəyişmək hüququnu özümüzdə saxlayırıq. Məxfilik Siyasətində hər-hansı dəyişiklik saytda yerləşdiriləcək.