Səyahət sığortası –Səyahət sığortası səfər zamanı yarana biləcək gözlənilməz risklərdən qorunmaq üçün nəzərdə tutulmuş könüllü sığorta növüdür. Bu sığorta siz xaricdə olarkən müxtəlif riskləri əhatə edir.

Səyahət Sığortası online əldə edən zamanı izləyəcəyiniz addımlar

Səyahət Sığortası online alan zamanda siz sığorta şirkətinizi seçərkən qarşısında olan düymələrə tıklayaraq müvafiq sığorta şirkətinin reytinqini və onun haqqında gələn müsbət və ya mənfi rəyləri oxuya biləcəksiniz. Bununla da siz səyahət sığortanız ilə gələcəkdə baş verə biləcək sığorta hadisəsi zamanı hansı şirkətdən daha asanlıqla yardım ala biləcəyinizə əmin olacaqsınız. 

Hazırda davam edən Covid-19 pandemiyası ilə əlaqədar olaraq sığorta alarkən şərtlərlə diqqətlə tanış olmağınız çox önəmlidir. Çünki bir sıra səfirliklər artıq səyahət sığortanızı alarkən sığorta müqavilənizdə belə bir bəndin olub olmamasını yoxlamaqdadır artıq. Səfər Sığortası almadan öncə bizim müştəri xidmətlərimizlə də əlaqə saxlayaraq geniş məlumat əldə edə bilərsiniz. İnsure.az olaraq daim sizin viza üçün səfər sığortanızı online almağınıza yardımçı ola bilərik.

Səyahət sığortası qiymətləri

Səyahət sığortası qiymətləri seçdiyiniz səyahət formatına görə dəyişə bilir. Eyni zamanda insure.az ilə siz seçdiyiniz səyahət formatı üzrə müxtəlif şirkətlərin qiymətlərini eyni anda görə biləcəksiniz. Bu da sizə sığotanızı daha sərfəli hansı şirkətdən əldə edə bilərsinizsə onu rahat bir formada görmək imkanı yaradır. Səyahət sığortası qiymətləri ilə birlikdə səyahət sığortası alacağınız şirkətin reytinqləri də sizin üçün vacib amil olmalıdır. Bu əgər hər hansı xoşagəlməz hadisə baş versə sığorta şirkətinin sizə göstərəcəyi xidmətin əyani formasıdır. 

1 illik səyahət sığortası almaq imkanı

1 illik səyahət sığortası almaq istəyənlər də eyni ilə yuxarıda qeyd etdiyimiz kimi saytımıza daxil olaraq müvafiq bölmələri ardıcıllıqla doldurması lazımdır. Daha sonra səyahət koridorunu seçərək 1 illik səyahət sığortası üçün ödəməli olduğu qiyməti rahatlıqla görə bilər. Şirkətlər arasındakı qiymət və reytinq fərqliliklərini analiz edərək özü üçün ən uyğun seçimi edə bilərsiniz. 1 illik səyahət sığortası almaq insure.az ilə çox asandır. 

Daha çox göstər Daha az göstər