preloader gif

Əmanətlərin sığortalanması mexanizmində hansı boşluqlar var?


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı,emanetlerin sigortalanmasi
12:30 23.07.2020

Əmanətlərin sığortalanması mexanizimində hansı boşluqlar olması barəsində Samir Əliyev qeyd edib ki, əsas problem kordinasiyanın olmaması ilə bağlıdır. Çünki Mərkəzi Bank məktub göndərir, ən azından məktubun sürətini Fonda göndərə bilərdi. Bir tərəfdən banka əmanətlərin qəbul edilməsi qadağan edilir, digər tərəfdən Fond həmin banklardan əmanətlərə görə sığorta haqqı yığır. Burda bir daha kordinasiyanın olmaması özünü göstərir.

Banker.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Samir Əliyev ARB24 kanalında bloklanmış əmanətlər barəsində danışarkən bildirib.

“Əlbəttə, bu problemi həll etmək olar. Birincisi, Mərkəzi Bankın banklara göndərdiyi əmanətdə münasibətdə – məktubun sürətini Fonda göndərə bilər ki, Fond da ona uyğun öz işini görsün. İkinci mexanizm, Azərbaycan Banklar Assosiasiyası bununla bağlı təklif irəli sürüb, hər hansı bir bazanın yaradılması, yəni elektron bazanın yaradılmasıdır. Baza ondan ibarətdir ki, əmanət yerləşdirən şəxs ona ya pin kod, ya da hər hansı bir giriş üçün məlumat ola bilər ki, banka əmanət yerləşdirdikdən sonra həmin bazaya girib yoxlasın ki, onun qoyduğu vəsait əmanət hesab edilirmi, və ikincisi, qoyduğu əmanət qorunurmu. Bununla da şəxs bilə bilər ki, yerləşdirdiyi əmanətdə problem yoxdur.”- deyə İqtisadçı-ekspert deyib.

Mənbə: Banker.az