preloader gif

Təkrarsığorta nədir?


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

20:23 08.04.2019 | 1791

Sığortaçının sığortaladığı riskləri müqavilə əsasında tam və ya qismən digər sığortaçı (təkrarsığortaçı) ilə bölüşdürməsi və ya ona ötürməsi.

Misal:

Sığortaçı bir müəssisənin işçilərinin fərdi qəza sığortası üzrə sığortalanması zamanı 10 000 000 manat həcmində risk qəbul etməlidir ki, bunun müqabilində 50 000 manat sığorta haqqı hesablanır. Lakin onun ödəmə qabiliyyəti bir sığorta müqaviləsi üzrə 3 000 000 manatdan artıq riskləri öz üzərində saxlamağa imkan vermir. Buna görə də ya bu müqaviləni bağlamamalı, ya da belə hallarda risklərin idarə edilməsi üçün sığorta təcrübəsinin və qanunvericiliyin verdiyi imkanlardan istifadə etməlidir. Qeyd olunan halda ən sadə və etibarlı vasitə təkrarsığortadır. Sığortaçı təkrarsığortadan istifadə etməklə qəbul etdiyi riskin 3 000 000 manatdan artıq hissəsini bir və ya bir neçə təkrarsığortaçıya ötürməklə təklif olunan sığorta risklərini qəbul etməyə nail olur. O, təkrartsığortaçılarla bölüşdüyü 7 000 000 manat riskin əvəzində həmin nisbətdə sığorta haqlarını da (35 000 manat) onlara verməlidir.