preloader gif

Daşınmaz əmlak sahibləri bilməlidir | İcbari Əmlak Sığortası

10:52 24.01.2020 | 441

Hörmətli daşınmaz əmlak sahibləri!

Son zamanlar sosial şəbəkələrdə hansı növ daşınmaz əmlakın və hansı sənədlər əsasında sığorta edilməli olduğuna dair suallar müzakirə edilir.

Hansı növ daşınmaz əmlakın sığorta edilməsi ilə bağlı bildiririk ki, qəzalı, yarımçıq və özbaçına tikili istisna olmaqla bütün digər tikililər icbari şəkildə sığorta edilməlidirlər. 
Hansı sənədlər əsasında əmlakın sığorta edilməsi ilə bağlı bildiririk ki, çıxarış, alqı satqı müqaviləsi, MTK aktı, məzil sertifikatı, sərəncam və digər sənədlər əsasında əmlak sığorta edilə bilər.

Əmlak Sığortası ilə bağlı mövcud Qanunvericilikdən çıxarışları diqqətinizə təqdim edirik:

İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanunuun 35.2. maddəsinə əsasən, hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir.


35.3-cü maddəsinə əsasən, yalnız AR Mülki Məcəlləsinə və AR Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq sökülməsi barədə qərar qəbul edilmiş daşınmaz əmlak; tikintisi başa çatmayan daşınmaz əmlak; qəzalı vəziyyətdə olan daşınmaz əmlak; AR Mülki Məcəlləsinin 180-ci maddəsinə uyğun olaraq özbaşına tikinti sayılan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur.
37-ci maddəsinə əsasən, daşınmaz əmlakını icbari sığorta etdirməli olan şəxslər Mülkiyyətində bu Qanunun 35.2-ci maddəsində nəzərdə tutulmuş hər hansı daşınmaz əmlak olan və ya ona faktiki sahibliyi həyata keçirən şəxslər həmin əmlakı bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir

Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta şəhadətnaməsinin forması, onun çap olunması və doldurulması qaydalarının 3.1.2. maddəsinə əsasən, Daşınmaz əmlakı sığorta etdirən, mülkiyyətçi və ya faktiki sahibliyi həyata keçirən yəni onu icarəyə götürmüş və ya digər qanuni əsaslarla istifadə edən sayılır. 
3.1.3. maddəsinə əsasən, mənzilin çıxarışı olmadıqda 
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslara dair sənədlər əsas götürülür.

Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun 8-ci maddəsinə əsasən bələdiyyə aktları, açıq hərracın nəticələrinə dair yekun protokol, notariat müqavilələr, mənzil sertifikatı, məhkəmə qərarları, aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; MTK müqaviləsi və digər sənədlər daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas yaradan sənədlərdir.

Daşınmaz Əmlak üçün Onlayn Sığorta?

Bu məlumatı maksimum paylaşmağı xahiş edirik ki, hər kəs məlumatlı olsun! İcbari əmlak sığortanızı almaq üçün aşağıdakı linkə keçid edərək 1 dəqiqə ərzində əldə edə bilərsiniz. İnsure.az saytı ilə siz avto və səyahət üçün də sığortalarınızı qısa müddət ərzində etmək imkanınız var. Bizimlə bütün sığortalarınızı onlayn olaraq əldə edə bilərsiniz. 

Link: https://insure.az/emlak