preloader gif

Sığorta növləri


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

Həyat Sığortası Sahəsi Könüllü Sığorta Növləri

Həyatın Ölüm Halından Sığortası
Müəyyən edilmiş müddətdə sığorta olunanın öldüyü halda sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutur. Məsələn, əgər sığorta müqaviləsi 10 il müddət müəyyən edilmişdirsə, həmin müddətdə sığorta olunan öldükdə, faydalanan şəxs sığorta ödənişi alacaqdır. Sığorta olunan bu müddət başa çatdığı anda yaşadığı halda, sığorta müqaviləsi başa çatır və heç bir ödəniş verilmir.
Həyatın Yaşam Sığortası
Sığorta müqaviləsinin qüvvədə oldu ğu müddətdə sığorta olunanın öldüyü, yaxud sığorta müqaviləsində müəyyən edilmiş yaşa, müddətə qədər yaşadığı halda sığorta ödəni şinin həyata keçirilməsini nəzərdə tutur. Yəni, əgər sığorta olunan müqavilədə nəzərdə tutulmuş müddətin sonuna qədər yaşayarsa, o, müqavilədə nəzərdə tutulmuş sığorta məbləğdə (sığorta müqaviləsi üzrə sığortaçının öhdəliyinin ifadə olunduğu son hədd) sığorta ödənişialacaqdır. Yox, əgər o, bu müddət ərzində ölərsə, sığorta məbləği faydalanan şəxsə (bir qayda olaraq, onun varisinə) ödəniləcəkdir. Göründüyü kimi, həyatın yaşam sığortası, ölüm halından sığortasından fərqli olaraq hər iki halda – həm sığorta olunanın müqavilədə nəzərdə tutulmuş müddət ərzində öldüyü, həm də bu müddətin sonuna qədər yaşadığı hallarda sığorta ödənişinin verilməsini nəzərdə tutur. Bu hallardan asılı olaraq, sadəcə sığorta ödənişini alan şəxs dəyişir. Elə buna görə də bu sığorta sinfi əsasında bağlanan həyat sığortası müqavilələri həyat sığortaları içərisində ən bahalı (sığorta haqqının ən çox ödənildiyi) müqavilələrdir.
Аnnuitet Sığortası
Sığorta olunanın müəyyən yaşa çatması, yaşı, əlilliyi və ya xəstəliyi ilə əlaqədar əmək qabiliyyətini itirməsi, ailə başçısını itirməsi, işsiz qalması və şəxsi gəlirlərinin azalmasına, yaxud itirilməsinə səbəb olan digər hallarda onun xeyrinə pensiya, yaxud renta şəklində dövri sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutur. Yəni, annuitet sığortası müqaviləsi üzrə sadalanan hallarda sığorta şirkəti müqavilədə nəzərdə tutulmasından asılı olaraq sığorta olunana aylıq, rüblük, yarımillik və ya illik ödənişlər verir. Aydındır ki, 60 yaşında olan insanın əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar gəlirlərinin azalması ehtimalı böyükdür. Bu halda annuitet sığortası vasitəsi ilə şəxsin 60 yaşına qədər hər il ödədiyi sığorta haqqı müqabilində ona 60 yaşından etibarən ömrünün sonuna qədər sığortaçı tərəfindən ödəniş verilə bilər. Bu əhali arasında pensiya kimi tanınan sığorta təminatıdır.
Əmək Qabiliyyətinin İtirlilməsi Hallarından Sığorta
Sığorta olunanın xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini tam və ya qismən itirdiyi halda, onun itirilmiş gəlirinin əvəzini ödəmək məqsədilə vaxtaşırı sığorta ödənişlərinin həyata keçirilməsini nəzərdə tutur. Qəfil baş verən bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini qismən də olsa itirmiş və nəticədə gəlirindən məhrum olmuş insan belə bir vəziyyətin yaranacağını heç ağlına da gətirmirdi. Əlbəttə ki, əmək qabiliyyətini sığortalamış olsa vəziyyətini qismən də olsa yüngülləşdirmiş olar.
Sağalmaz Xəstəliklərdən Sığorta
Sığorta olunanın səhhətində onun həyatını təhlükə altına qoyan xəstəlik müəyyən edildikdə sığorta ödənişlərinin həyata keçirilməsini nəzərdə tutur.

Sağalmaz xəstəliklərdən sığorta - Xərçəng; Miokard infarktı; İnsult; Terminal böyrək çatışmazlığı; Tac arteriyaların cərrahi yolla müalicəsi; Həyati əhəmiyyətə malik orqanların köçürülməsi kimi xəstəlikləri əhatə edir.

Sağalmaz xəstəliklərdən sığorta nə tibbi sığortanı əvəz edir, nə də ki, təkrarlayır. Bu sığorta növü üzrə sığorta hadisəsi baş verdiyi halda, sığortalıya ödənilmiş sığorta məbləğinin məhz hansı xərclər üzrə sərf edilməsi ilə bağlı heç bir hesabat tələb olunmur və sığorta müqaviləsi bağlamaq üçün sağlamlığı təsdiq edən əlavə sənədə ehtiyac yoxdur.

Həyat Sığortası Sahəsi İcbari Sığorta Növləri

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta
Bu sığorta növü – istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutur.

Aşağıdakılar bu sığorta növü üzrə müqaviləsi bağlamaq vəzifəsi daşıyırlar:

Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri;
dövlət orqanları;
hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər;
seçkili orqanlar;
fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.
Aşağıdakılar İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmalıdırlar:

Hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Əmək Məcəlləsinə və ya Mülki Məcəlləyə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər
məcburi dövlət sosial sığortasına cəlb olunması nəzərdə tutulan seçkili ödənişli vəzifələrdə işləyənlər
istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər;
müəssisələrdə işə cəlb edilən hərbi qulluqçular;
təbii fəlakətlərin qarşısının alınmasına və nəticələrinin aradan qaldırılmasına, habelə hərbi və fövqəladə vəziyyət rejimində işlərin yerinə yetirilməsinə cəlb edilən şəxslər;
fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.
Əmək Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də sığorta olunmalıdırlar.

Sığorta müqaviləsi üzrə sığorta haqqı xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxslərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada hesablanan bir illik əmək haqqı fondunun sığorta tarifinə hasili əsasında müəyyən edilir. Sığorta hadisəsi – icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi, yaxud ölümü ilə əlaqədar sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi üçün əsas olan haldır.

Müqavilə üzrə sığorta ödənişləri aşağıdakı hallarda həyata keçirilir:

İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində ölüm;
İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi.
Müqaviləsi üzrə aşağıdakı sığorta ödənişləri verilir:

Aylıq sığorta ödənişi. sığorta hadisəsi baş verdikdə sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi ilə bağlı itirilmiş aylıq əmək haqqı əvəzində faydalanan şəxsə verilən pul təzminatıdır.
Birdəfəlik sığorta ödənişi. Qanunla müəyyən olunmuş qaydada aylıq sığorta ödənişi məbləğlərinin cəm halda birdəfəlik ödənilməsidir.

Qeyri-Həyat Sığortası Sahəsi İcbari Sığorta Növləri

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası
Qanunvericiliklə tələb olunan və yol nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxslərə zərər yetirildikdə sığorta kompensasiyasının verilməsini nəzərədə tutan sığorta növüdür.

Bu sığorta növü üzrə sığorta haqqı, nəqliyyat vasitəsinin növündən, hüquqi və fiziki şəxsə məxsus olmasından, mühərrik həcmindən, yük götürmə qabiliyyətindən və sərnişin sayından asılı olaraq 50 manatdan 300 manatadək dəyişir. Əvvəlki illərdə sığorta hadisəsi olub-olmamasından (bonus-malus) asılı olaraq sığorta haqqı 50 manatdan daha az və 300 manatdan daha çox da ola bilər.

Bu sığorta növü üzrə sığorta məbləği, yəni hadisə baş verdikdə sığorta şirkəti tərəfindən zərər çəkənlərə ödəniləcək məbləğ, əmlaka dəyən zərər üzrə 5,000 manat, səhhətə dəyən zərər üzrə 50,000 manat (1 nəfərə 5,000 manat olmaqla), ümumilikdə 55,000 manat təşkil edir.

Bu sığorta yeganə sığorta növüdür ki, burda ödəniş verildikdə sığorta məbləği azalmır. Yəni, sığorta müddəti ərzində yuxarıda qeyd olunan məbləğlər bir neçə dəfə təkrar ödənilə bilər.

Azərbaycan Respublikasında qeydiyyatda olan avtonəqliyyat vasitələri, yük avtomobilləri, mikroavtobuslar, avtobuslar, motosiklеtlər və motorollerlər, traktorlar, yol-tikinti işlərində, meşə və kənd təsərrüfatında istifadə olunan avtonəqliyyat vasitələri, trollеybuslar və tramvaylar icbari şəkildə sığorta edilməlidirlər.
Daşınmaz əmlakın icbari sığortası (İcbari Əmlak)
Qanunvericiliklə tələb olunan və təbii fəlakətlər, yanğın, partlayış, subasma və digər hallarda sığorta kompensasiyasının verilməsini nəzərədə tutan sığorta növüdür.

Bu sığorta növü üzrə sığorta haqqı, yaşayış evləri və mənzillər üzrə Bakı şəhərində 50 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40 manat, digər şəhər və bölgələrdə 30 manat təşkil edir. Digər növ daşınmaz əmlakların sığorta haqqı, əmlakın dəyərndən asılı olaraq 0,16%-dən 0,35%-dək dəyişir.

Bu sığorta növü üzrə sığorta məbləği, yəni hadisə baş verdikdə sığorta şirkəti tərəfindən əmlak sahibinə ödəniləcək məbləğ, Bakı şəhərində 25,000 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 20,000 manat, digər şəhər və bölgələrdə 15,000 manat təşkil edir.

Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərə məxsus tikililər, yaşayış və qeyri-yaşayış sahələri, yaşayış evləri və binalar, mənzillər, habelə dövlət əmlakı icbari şəkildə sığorta edilməlidir.
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbarı sığortası
Bu sığorta növü müvafiq əmlakın istismarı, o cümlədən həmin əmlakın ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin həyata keçirilməsi zamanı üçüncü şəxslərin sağlamlığına və əmlakına dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

Bu məqsədlər üçün əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin sığortası icbari olan əmlak dedikdə, hüquqi şəxslərin öz fəaliyyətini, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sahibkarlıq fəaliyyətini həyata keçirməsi üçün istismar etdiyi daşınmaz əmlak olan binalar, tikililər, qurğular, sahələr başa düşülür. Yuxarıda sadaladığımız hər hansı əmlakın istismarı ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir.

Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin sığortası icbari olan əmlak dedikdə, hüquqi şəxslərin öz fəaliyyətini, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sahibkarlıq fəaliyyətini həyata keçirməsi üçün istismar etdiyi daşınmaz əmlak olan binalar, tikililər, qurğular, sahələr başa düşülür.
Sərnişinlərin icbari fərdi qəza sığortası
Bu sığorta növü sərnişin daşımaları xidmətini həyata keçirən hava, su, dəmiryolu və avtomobil nəqliyyatı vasitələrində olan sərnişinlərin həyatına və sağlamlığına sığorta hadisəsi nəticəsində zərər dəyməsinə görə sığorta təminatının verilməsi məqsədi ilə tətbiq edilir. Sərnişinlərin nəzərdə tutulmuş qaydada fərdi qəza sığortası icbaridir.

Qeyri-Həyat Sığortası Sahəsi Könüllü Sığorta Növləri

Tibbi Sığorta
Sığorta olunanın sığorta müqaviləsində nəzərdə tutulmuş xəstəliyə məruz qalmasına görə müayinə və müalicə olunmasına görə tibb müəssisələrinin göstərdiyi xidmətlərlə, habelə dərman vasitələrinin alınması ilə əlaqədar yaranan xərclərin əvəzinin tam və ya qismən ödənilməsini nəzərdə tutur.
Fərdi qəza Sığortası
Bu sığorta növü sığorta olunan bədbəxt hadisə, yaxud xəstəlik nəticəsində öldükdə, ümumi, yaxud peşə əmək qabiliyyətini tam və ya qismən itirdikdə, yaxud bədbəxt hadisə nəticəsində sağlamlığına başqa cür xəsarət dəydikdə, müqavilədə müəyyən edilən məbləğdə, həmçinin sığorta olunanın əlavə xərclərinin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutur.

Bu zaman sığorta ödənişi müqavilədə müəyyən edilən məbləğdə, həmçinin sığorta olunanın əlavə xərclərinin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında həyata keçirilir. Məsələn, sığorta müqaviləsində fərdi qəza üzrə sığorta məbləği 50.000 manat nəzərdə tutulur və müəyyən edilir ki, bədbəxt hadisə nəticəsində sığorta olunan ölərsə, sığorta məbləğinin 100 %-i, ayaqlarını itirərsə, 80 %-i, bir qolunu itirərsə, 40 %-i həcmində sığorta ödənişi veriləcək. Sığorta hadisəsi hesab olunan bədbəxt hadisə nəticəsində sığorta olunan bir qolunu itirərsə, sığortaçı tərəfindən ona 20.000 manat sığorta ödənişi veriləcəkdir.
Səyahət Sığortası
Xaricə səfər etdiyiniz zaman, səfər müddəti ərzində tibbi xərclər yarandıqda sığorta kompensasiyasının verilməsini nəzərədə tutan sığorta növüdür. Tibbi xərclər dedikdə, səfər zamanı şəxsin xəstələnməsi, yaxud bədbəxt hadisə nəticəsində sağlamlığının pozulması ilə əlaqədar zəruri olan tibbi xərclərin, habelə sığorta müqaviləsində nəzərdə tutulmuş səfər zamanı ortaya çıxan digər xərclər nəzərdə tutulur.

Bu sığorta növü üzrə sığorta haqqı, səfər ediləcək ölkədən, səfər məqsədindən, səfər müddətindən, sığortalının yaşından, sığorta limitindən və digər amillərdən asılı olaraq dəyişir.

Bu sığorta növü ürzə sığorta ödənişi, yəni hadisə baş verdikdə sığorta şirkəti tərəfindən sığortalı şəxsə ödəniləcək məbləğ, müqavilə üzrə sığorta limitindən çox olmamad şərti ilə tibbi xərclərin dəyəri qədərdir.
Medical (for foreigners)
Is a type of insurance providing insurance compensation in case of occurance of medical expenses during the period foreigners stay in Azerbaijan.

The insurance premium for this type of insurance varies depending on the purpose of the trip, the time of your visit, the age of the insured, the insurance limit and other factors.

The sum insured, is equal to the cost of medical expenses, not exceeding the contractual insurance limit.

Insured Events:

The Insured Events shall be recognized as sudden illness or accident of the Insured Person which have occurred during the Insured person’s stay in Azerbaijan thin the effective period stipulated in the Insurance Contact.
a. A sudden illness shall mean an unexpected disease, which have occurred within the effective period of the Insurance Policy and requires urgent medical interference.
b. An accident shall mean a sudden short-term external event caused injury or any other health breakdown of the Insured Person.

Expenses covered by the Insurer:
a. Emergency Aid within Azerbaijan (ambulance, medical evacuation)
b. Urgent In-Patient Care
c. Medicines Supply (100% for emergency and in-patient care)
d. Urgent Dental Care
e. Urgent vaccination (In case of the Insured Event the Insurer arranges rendering of medical help and controls the treatment)

Medical expenses:
a. Expenses for in-patient treatment and hospital stay (in a standard-type ward), including those for doctor’s services
b. For surgery, for diagnostic tests as well as for medicine
c. Dressing materials and means of fixation prescribed by the doctor
d. Expenses for out-patient treatment including those for the doctor's services
e. Diagnostic tests, medicine, dressing materials and means of fixation prescribed by the doctor

Expenses for medical transportation:
a. Expenses for evacuation (transportation by ground ambulance or any other means of conveyance) from the place of accident to the hospital or to airport
Əmlakın Sığortası
Əmlakın yanğından və digər risklərdən sığortası əmlakın, onun ərazisində və (və ya) içərisində yerləşən başqa əşyalarla birlikdə, yaxud ayrılıqda yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə zərərlərin əvəzinin tam və ya qismən ödənilməsini nəzərdə tutur. Yanğından sığorta binalara və onların içindəkilərə yanğın, ildırım, qızdırmaq və bişirmək kimi məişət məqsədləri üçün istifadə olunan qazın və ya buxar qazanlarının partlaması nəticəsində dəyən zərərlər üzrə riskləri əhatə edir. Belə risklər həm evlərdə, həm də kommersiya və istehsalat məqsədləri üçün istifadə edilən bina və tikililərdə baş verə biləcək hadisələri ehtiva edir. Yuxarıda sadalanan yanğınla bağlı riskləri əhatə edən standart sığorta müqaviləsi üzrə verilən təminat əlavə sığorta haqqı müqabilində digər risklərdən təminatla da genişləndirilə bilər. Məsələn, əgər siz partlayış (buxar qazanı və bu kimi səbəblərdən olmayan), qiyam, insanların qərəzli hərəkətləri, zəlzələ, nəqliyyat vasitələrinin və digər kənar predmetlərin təsiri, tufan, daşqın, boru partlayışı, su sızması, oğurluq və digər bu kimi səbəblərdən də əmlakınıza dəyən zərərlərə təminat verilməsini istəyirsinizsə, standart sığorta şəhadətnaməsi üçün ödəyəcəyinizdən daha yüksək məbləğdə sığorta haqqı ödəməli olacaqsınız. Əmlakın oğurluq riskindən sığortalanması halında o zaman sığorta ödənişi verilir ki, əmlak bütün təhlükəsizlik tədbirlərinə əməl edilməsinə baxmayaraq oğurlanmış olsun. Yəni evin qapısını bağlamağı unudan şəxs oğurluq baş verdiyi halda ödəniş ala bilməyəcək. Bu o deməkdir ki, oğurluğun sığorta hadisəsi hesab olunması üçün sığortalanan obyektlərə giriş və ya çıxış zorakı vasitələrlə edilmiş olsun, oğru məkana daxil olmaq üçün təhlükəsizlik vasitələrini dəf etməli olsun. Yanğın və oğurluq təminatlarında itki və ya zərər konkret bir riskin - yanğın və ya oğurluğun reallaşmasının nəticəsi olmalıdır. Lakin əmlakın zərər çəkə biləcəyi başqa hallar da ola bilər. Sığortalanmış əmlak qəfildən düşə bilər, vurula bilər və ya sadəcə itə bilər. Belə hallar üçün əmlakın bütün risklərdən sığortası təminatı da təklif olunur. Bu təminatda əmlak istənilən itkidən və ya zərərdən (o cümlədən yanğın və oğurluqdan) sığorta edilir
Avtonəqliyyat Vasitələrinin Sığortası (Kasko)
Avtomobil nəqliyyatı vasitəsinin zədələnməsi, məhv olması, həmçinin qaçırılması və ya oğurlanması nəticəsində dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsini nəzərdə tutur. Bu sığorta şəxsi avtomobillər, motosiklet, yük avtomobilləri, habelə avtobuslar və taksilər kimi ictimai nəqliyyat vasitələri, kənd təsərrüfatı və tikintidə istifadə olunan maşınlara sığorta təminatı verir. Bəzən avtonəqliyyat vasitələrinin sığortası şəhadətnaməsi “Avtonəqliyyat vasitələrinin tam sığortası” təminatı verir ki, buraya avtomobil sahibinin yuxarıda sadalanan risklərdən sığortası ilə yanaşı sığortalının həmin avtomobillə digər şəxslərə vurduğu zərərə görə məsuliyyətinin, həmçinin sürücülərin və sərnişinlərin fərdi qəzadan sığortası da əlavə olunur
Dəmiryol Vasitələrinin Sığortası
Dəmiryol nəqliyyatı vasitəsinin zədələnməsi, məhv olması, həmçinin qaçırılması və ya oğurlanması nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsini nəzərdə tutur.
Su Nəqliyyatı Vasitələrinin Sığortası
Pis hava, toqquşma, yanğın, zəbt etmə və s. bu kimi dəniz təhlükələrindən sığorta daxildir. Su nəqliyyatı ilə bağlı üç növ maraq sığortalana bilər:

A. Gəminin özü - gəminin gövdəsi və avadanlığı;
B. Gəminin daşıdığı yük;
C. Fraxt – yükdaşımaya görə ödənilən haqq.
Hava Nəqliyyatı Vasitələri Sığortası
Hava nəqliyyat vasitələri üçün hərtərəfli sığorta mövcuddur ki, nəqliyyat vasitəsinin korpusuna yerdə və ya havada dəymiş zərərlə yanaşı, yük və sərnişinlər qarşısında məsuliyyətə verilən təminatı da əhatə edir.
Yüklərin Sığortası
Bu sığorta növü daşınma üsulundan asılı olmayaraq yükün zədələnməsi, korlanması, məhv olması, yaxud hər hansı formada itkisi nəticəsində dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsini nəzərdə tutur. Yük sığortası daşınma müddəti ərzində, yəni göndərilmə yerindən çatdığı yerə qədər təminat əsasında aparılır.
Mülki Məsuliyyətin Sığortası
Bu sığorta növü istənilən fiziki və ya hüquqi şəxs, öz əməli nəticəsində başqa şəxslərə və ya onların əmlakına dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsini nəzərdə tutur. Bu cür maddi məsuliyyətlərin qarşılanması üçün mülki məsuliyyət sığortası mövcuddur. Mülki məsuliyyət sığortasında tez-tez üçüncü şəxs ifadəsinə rast gələcəksiniz. Üçüncü şəxs dedikdə, məsuliyyət sığortası üzrə baş vermiş sığorta hadisəsi nəticəsində zərər vurulan şəxs başa düşülür. Yəni müvafiq sığorta müqaviləsi üzrə sığortalı və sığorta şirkəti birinci və ikinci şəxs, zərərçəkən isə üçüncü şəxs hesab edilir.
Avtonəqliyyat Vasitələri Sahiblərinin Mülki Məsuliyyətinin Sığortası
Sığortalının özü, yaxud onun etibar etdiyi şəxs sığortalanmış avtomobil nəqliyyatı vasitəsindən istifadə edərkən digər şəxslərə və ya onların əmlakına vurduğu zərərin əvəzini onlara ödəmək öhdəliyi ilə üzləşərsə, həmin zərərin sığortaçı tərəfindən həyata keçirilməsini nəzərdə tutur. Bu sığorta sinfi üzrə müqavilələr həm icbari (yəni avtomobil sahibləri öz məsuliyyətlərini dövlət tərəfindən müəyyən edilən qaydada mütləq sığorta etdirməlidirlər), həm də könüllü formada bağlanır.
Dəmiryol, Su və Hava Nəqliyyatı Vasitələri Sahiblərinin Mülki Məsuliyyətinin Sığortası
Bu sığorta növü sığortalıya məxsus dəmiryol, su və hava nəqliyyatı vasitəsindən istifadə olunarkən digər şəxslərə vurulan zərərin əvəzini onlara ödəmək öhdəliyi yarandıqda, bu zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutur.
Yük Daşıyanın Mülki Məsuliyyətinin Sığortası
Sığortalının yükdaşıyan qismində nəqliyyat vasitəsindən istifadə edərkən yükün zədələnməsi, oğurlanması və digər bu kimi hallarla bağlı yükün sahibinə vurduğu zərərin əvəzini ödəmək öhdəliyi yarandıqda, həmin zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutur.
Mülki-Hüquqi Müqaviləsi Üzrə Mülki Məsuliyyətin Sığortası
Bu sığorta növü üzrə məsuliyyətini sığorta etdirmiş şəxs hər hansı digər şəxslə bağladığı müqavilə şərtlərini lazımi qaydada yerinə yetirə bilməməsi ilə əlaqədar yaranan mülki məsuliyyəti hansı məbləğdə ifadə olunursa, sığortaçı həmin məbləği sığorta müqaviləsində nəzərdə tutulmuş həddə ödəyir.
Peşə Məsuliyyətinin Sığortası
Müxtəlif peşə sahiblərinin (həkimlərin, vəkillərin, auditorların, brokerlərin və s.) peşəkar fəaliyyətləri zamanı etdiyi səhv və ya yol verdiyi ehtiyatsızlıq, yaxud diqqətsizlik üzündən xidmət göstərdiyi şəxslərə dəyən zərər üzrə öhdəlikləri ilə əlaqədar sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutur.
İşəgötürənin Məsuliyyət Sığortası
İşçisinin əmək funksiyalarını yerinə yetirərkən sağlamlığına dəyən xəsarət, yaranan xəstəliyi, yaxud ölümü nəticəsində yaranan xərclərin əvəzinin işçiyə və ya onun ailəsinə ödənilməsi ilə əlaqədar işəgötürənin öhdəlikləri üzrə sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutur
Kredit Sığortası
Kreditlərin sığortasında kredit götürənin müflis olması və ya ölməsi, həmçinin öz öhdəliklərini digər səbəblərdən yerinə yetirə bilməməsi ilə əlaqədar borcu (krediti) qaytarmaması nəticəsində borc (kredit) verənə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutur.
İpoteka Sığortası
İpoteka dedikdə daşınmaz əmlakın, məsələn evin girov qoyulması nəzərdə tutulur. Girov isə, adətən borc verən üçün verdiyi borc müqabilində təminat rolunu oynayır. Daşınmaz əmlakını girov qoyaraq borc götürən şəxs borcunu ödəyə bilmədiyi halda, ipoteka (girov) qoyulan (daşınmaz) əmlakın bazar qiyməti də düşmüş olarsa, bu zaman borc verənin təminatı tam şəkildə ödənilməyə bilər. Bununla əlaqədar, yəni ipoteka predmetinin bazar qiymətinin düşməsi halında borclunun borc verən qarşısındakı öhdəliklərini yerinə yetirə bilməməsi nəticəsində borc verənin zərərlərinin əvəzinin ödənilməsi ipoteka sığortası vasitəsilə hə yata keçirilə bilər.