"İpək Yolu Sığorta"nın mənfəəti ARTIB

09:46 24.07.2020

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı, ipek yolu sigorta,ipek yolu sığorta

“İpək Yolu Sığorta” ASC bu ilin I yarısını 1,3 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət ötən ilin eyni dövründən 1,143 milyon manat mənfəət çıxmışdı. 

Fins.az xəbər verir ki, 6 ay ərzində “İpək Yolu Sığorta”nın gəlirləri 12,589 milyon manat (illik müqayisədə 13,4% az), xərcləri 10,964 milyon manat (18,1% az), mənfəət vergisi ödəmələri isə 325 min manat (1 il bundan əvvəl vergi ödəməyib) təşkil edib. 

Bu il iyulun 1-nə “İpək Yolu Sığorta”nın aktivləri 28,994 milyon manat olub ki, bu da illik müqayisədə 25,7% azdır.

Son 1 ildə şirkətin öhdəlikləri 22,6% azalaraq 12,092 milyon manata, balans kapitalı isə 27,7% azalaraq 16,902 milyon manata düşüb. 

Mənbə: Fins.az