preloader gif

Azərbaycana aqrar sığortanın yeni modeli gətirilir - müsahibə


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

14:16 27.05.2019
Azərbaycanda aqrar sığortanın tətbiqi imkanları, bu yeniliyin aqrar biznesə, maliyyə sektoruna və ümumilikdə iqtisadiyyata gətirəcəyi yeniliklərlə bağlı suallara peşəkar və tanınmış sığortaçı Fuad SADIQOV cavab verir.
  
- Fuad müəllim, Azərbaycanda aqrar sahəyə bu qədər böyük yatırımlar edilməyə, kənd təsərrüfatı isə iqtisadiyyatın əsas sahələrindən birinə çevrilməyə başlayıb.  Fikrinizcə, aqrar sığortanın işə düşməsi vaxtı çatmayıbmı?
 
- Kənd təsərrüfatı iqtisadiyyatın əsas sütünlarından biridir və həqiqətəndə son illərdə bu sahənin inkişaf etdirilməsinə xüsusi önəm verilibdir. Bildiyiniz kimi  bu məqsədlə müvafiq Strateji Yol Xəritələri qəbul olunub, yeni mərkəzi institusional təsisatlar yaradılır, bu sahəyə ciddi investisiyaların edilməsi müşahidə olunur və bunlarla yanaşı bu sahəni tənzimləyən hüquqi çərçivə yenidən formalaşır.
Bu sahənin inkişafı nəticəsində ölkənin qeyri neft ÜDM-nin artması, ərzaq təhlükəsizliyinin təmin olunması, yeni iş yerlərinin yaradılması və ixrac potensialının artması gözlənilir.
KT sahəsinin inkişafını şərtləndirən əsas amillərdən biri bu sahəyə investisiyaların cəlb edilməsi, rahat və çevik kreditləşmə mexanizmlərinin yaradılması və mütləq qaydada çevik, dayanıqlı və effektiv sığorta mexanizmin yaradılmasıdır. Xüsusi vurğulamaq lazımdır ki, qeyd olunan sığorta mexanizmin yaradılmayacağı təqdirdə uzunmüddətli prepektivdə nə xarici investisiya nədə ki, davamlı və dayanıqlı kreditləşmə mexanizmlərinin yaradılması mümkün olacaq.
 
- Ümumiyyətlə, indiyədək Azərbaycanda aqrar sığorta olubmu? Varsa sistem necə işləyib?
- Azərbaycanda fəaliyyət göstərən 4 və ya 5 sığorta şirkəti bu sahə üzrə sığorta xidmətləri göstərməkdədir. Lakin onların fəaliyyət çərçivələri aidiyyatı şəxslərdən gələn biznes üzərində formalaşıb və demək olar ki, kənar şəxslər  bu xidmətlərdən istifadə edə bilmir. Xüsusi vurğulamaq lazımdır ki, aqrasığortanın sığorta bazarında payı son illərdə ümumi tədiyyənin 0.35%-dən çox olmayıb və bununda öz növbəsində zərərliyi 150%-dən yüksək olub. Göründüyü kimi bu növlər davamlı olaraq zərər generasiya etdiyindən şirkətlər üçün bu biznes maraqlı deyil.

Bununla yanaşı sığortaya dair mövcud subsidiya sistemi çevik deyil və subsidiyanı əldə etmək prosesi həddən artıq çətin və uzunmüddətlidir. Belə ki, dövlət büdcəsində aqrasığortanın subsidiyasına ayrılan illik 1 mln manat demək olar ki, istifadə olunmur. Bu göstəricilərə əsasən  aqrasığorta sistemin mövcud vəziyyətini qiymətləndirmək olar.

- Haqqında danışılan (aqrar sığorta) sistem indikindən nə ilə fərqlənməlidir?
- Hazırda bu sahə 2002-ci ildə qəbul olunmuş “Kənd Təsərrüfatında Sığortanın Stimullaşdırılması” haqqında AR Qanun və digər normativ hüquqi aktlarla tənzimlənir. Hazırki aqrar sığorta münasibətləri kommersiya əsaslı olduğundan və öncə qeyd etdiyim kimi, bu biznes davamlı olaraq zərər etdiyindən sığortaçılar üçün cəlbediciliyini itirib.

Hazırda müzakirə olunan yeni qanun layihəsində tamam fərqli bir mühit formalaşdırılır. Belə ki aqrar sığorta sisteminin qeyri-kommersiya əsaslı aparılması, risk daşıyıcısının artıq sığorta şirkətləri tərəfindən deyil, dövlətin yaratdığı mərkəzi institut tərəfindən həyata keçirilməsi, subsidiya əldəetmə mexanizminin daha çevik olması, təkrarsığorta təminatının əlçatan olması, hadisələrin tənzimlənməsində fərqli mexanimzlərdən istifadə edilməsi və bunların hamısın xüsusi bir İT platforma üzərindən həyata keçirilməsi kimi yenilikərin olması gözlənilir. 
 
- Azərbaycanda aqrar sığorta sisteminin hansı prinsiplə çalışması sizcə daha məqsədə uyğundur?
- Hökümətin qarşısında duran başlıca prinsiplər kənd təsərrüfatına dəstək olan effektiv, çevik, dayanıqlı və dövlət dəstəyi olan sığorta mexanizminin yaradılmasıdır. Bu hədəfin icra olunması məqsədilə MBNP-nin və KTN-nin təmsilçiləri olan işçi qrup tərəfindən təklif olunan model hazırlanarkən dünyada uğurlu və uğursuz təcrübələr ciddi araşdırılıb təhlil olunub. Hazırki model İspaniya və Türkiyə respublikasının “Tarım Sığortaları Havuzu” (TARSİM)  modelinin üzərində formalaşıb. Bu bir ilkdir. Belə ki Azərbaycan sığorta bazarında münasibətlər yalnız komersiya əsaslıdır, lakin təklif olunan model qeyri-komersiya prinsipləri ilə tənzimlənəcək. Qanunla yaradılması nəzərdə tutulan mərkəzi institut olan “Aqrar Sığorta Fondu” risk daşıyıcısı olacaqdır, sığortaçılar isə bu sistemdə yalnız vasitəçi qismində çıxış edəcəklər. Subsidiyaların alınması nə fermer nədə ki, sığorta şirkətləri tərəfindən həyata keçiriləcək və birbaşa Aqrar Sığorta Fondu tərəfindən aparılacaq. Beləliklə bunların icrası nəticəsində öncə qeyd edilən effektivli, dayanıqlılıq və çeviklilik prinsipləri təmin olunacaq.
 
- Azərbaycanda aqrar sığortanın tətbiqi hansı problemləri həll edəcək?
- Aqrarsığortanın tətbiqi birbaşa KT sahəsinin dinamik inkişafına təkan verəcəkdir, belə ki, öncə qeyd etdiyim kimi bu sahəyə investisiyaların cəlb olunmasını dəstəkləyəcək, kreditləşmə mexanizmlərinin genişlənməsini təmin edəcəkdir və əsasda fermerlərin daha dayanıqlı bizneslə məşqul olmalarını dəstəkləyəcəkdir.

Bunlarda öz növbəsində kənd təsərrüfatı istehsalının davamlılığının və dayanıqlılığının artırılmasına, ölkənin ixrac potensialının artmasına, ərzaq təhlükəsizliyinin təmin olunmasına, kəndlilərin həyat səviyyəsinin artırılmasına təsirsiz ötüşməyəcəkdir.

Əlbəttə ki, bu sığorta sektorununda inkişafına və böyüməsinədə ciddi təkan verəcəkdir. Bununla yanaşı artıq kənd ərazilərində sığortanın təbliği, vacibliyinı, ondan faydalanmanın üstünlükləri ölkə əhalisinə çatdırılacaqdır.

- Sizcə, sığorta şirkətləri bu prosesdə necə iştirak etməlidir – sığortaçı kimi yoxsa agent qismində?
- Hesab edirəm ki, şirkətlərin yeni mühitdə vasitəçi qismində fəaliyyət göstərməkləri daha məqsədəuyğundur. Belə ki, mövcud sığorta sistemində risk daşıyıcısı sığortaçılar olduğundan və bu sahənin həddən artıq yüksək zərərli olduğundan şirkətlər bu istiqamətdə fəaliyyətə maraqlı deyillər. Təklif olunan modeldə isə sığortaçılar vasitəçi qismində çıxış edəcəklər və Aqrar Sığorta Fondunun “Front office” funksiyasını yerinə yetirəcəklər və hər hansı öhdəlik daşımayacaqlar. Beləliklə onlar həm sistemə xidmət göstərmək hesabına vasitəçi kimi faydalanmış olacaqlar, həmdə özlərini zərərli biznesdən qoruyacaqlar.

Mənbə: www.fed.az
#sigorta #aqrarsigorta #gunaysigorta #onlaynsigorta