Azərbaycan Mərkəzi Bankı (AMB) xüsusi tənzimləmə rejimi vasitəsilə ölkədə "insurtech"lərin fəaliyyətinə təkan verəcək.
Fins.az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən "Azərbaycan Insurtech Zirvəsi"ndə qurumun sədri Taleh Kazımov bildirib.
Onun sözlərinə görə, AMB sığorta sektorunun rəqəmsal transformasiyasının dəstəklənməsi məqsədilə yeni tənzimləmə çərçivəsi yaradıb, bu il yanvarın 31-də "Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası"nı təsdiqləyərək "fintech"lərin fəaliyyətinin hüquqi bazasını formalaşdırıb:
İnanıram ki, bu rejim vasitəsilə "fintech"lərin ayrılmaz tərkib hissəsi olan "insurtech"lərin fəaliyyətinə təkan verəcəyik. Digər sahələrdə olduğu kimi sığorta sahəsində də qardaş Türkiyə əsas tərəfdaşımızdır. AMB və sığorta bazarının iştirakçıları Sığorta və Özəl Pensiyalara Tənzimləmə və Nəzarət Qurumu, Sığorta Bilgi Mərkəzi, Fövqəladə Hallar Sığortası Qurumu, Türkiyə Sığorta Birliyi, Türkiyə Sığorta İnstitutu və qardaş Türkiyənin digər təşkilatları ilə fəal əməkdaşlıq etməkdədir".
T.Kazımov onu da qeyd edib ki, 2024-2026-cı illəri əhatə edən yeni strategiya ilə ortamüddətli dövrdə sığorta bazarının 2 dəfə böyüməsi gözlənilir:“Yeni iqtisadi inkişaf mərhələsində əhalinin və biznesin maddi rifahının müdafiəsi sığorta bazarının inkişafını əsas prioritetlərdən birinə çevirir. Sığortanın inkişafı ilə bağlı mühüm layihələrin həyata keçirilməsi AMB-nin diqqət mərkəzindədir. Ötən dövrdə sığortaçıların maliyyə dayanıqlılığının gücləndirilməsi üçün sektorun risklərinin tənzimlənməsi çərçivəsi inkişaf etdirilib. Həmçinin sığortalıların müdafiəsinin gücləndirilməsi və sığortaya ictimai inamın möhkəmləndirilməsi üçün mühüm institusional tədbirlər görülüb. Bu zaman sığorta xidmətlərinin infrastrukturunun yaxşılaşdırılmasına, peşəkar kadr hazırlığına ciddi diqqət yetirilib, cəmiyyətdə sığorta mədəniyyətini yüksəltmək üçün genişmiqyaslı maarifləndirmə tədbirləri həyata keçirilib”.
 
        
    
 İcbari Avto
                    İcbari Avto                 İcbari Əmlak
                    İcbari Əmlak                 Səyahət
                    Səyahət                 Əcnəbilər üçün Tibbi sığorta
                    Əcnəbilər üçün Tibbi sığorta                 Həyat Sığortası
                    Həyat Sığortası                 Rahat Sığorta
                Rahat Sığorta             Sığorta Xəbərləri
                Sığorta Xəbərləri             Websayt üzrə rəylər
                Websayt üzrə rəylər             Sığorta şirkətləri
                Sığorta şirkətləri             Qaydalar
                Qaydalar             Şirkətlər üzrə rəylər
                Şirkətlər üzrə rəylər             Şirkətlərin reytinqi
                Şirkətlərin reytinqi             Sığorta hadisəsi zamanı
                Sığorta hadisəsi zamanı             Sığorta bələdçisi
                Sığorta bələdçisi             Sığorta terminləri
                Sığorta terminləri             İzahlı sığorta terminləri
                İzahlı sığorta terminləri             Sığorta növləri
                Sığorta növləri             Qanunvericilik
                Qanunvericilik             Çox verilən suallar
                Çox verilən suallar             Gömrük kalkulyatoru
                Gömrük kalkulyatoru             Icbari kalkulyator
                Icbari kalkulyator             Şəhadətnamə yoxlama
                Şəhadətnamə yoxlama             Sığorta ödənişi
                Sığorta ödənişi             
         
         
         
                                            
                             
         
        