preloader gif

Azərbaycanın sığorta bazarının aktivləri 0,3% azalıb, kapitallaşma 0,1% artıb


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı
09:19 08.09.2020

Azərbaycanda sığorta sektorunun aktivləri -sığorta, təkrarsığorta və broker şirkətlərinin aktivləri daxil olmaqla 30 iyun 2020-ci il tarixinə 1 milyard 405 milyon 253,4 min manat təşkil edib ki, bu da 2019-cu ilin sonuna nisbətən 0,3% azdır. 

Fins.az xəbər verir ki,eyni zamanda, bank hesablarında 448.091 milyon manat və ya aktivlərin 31.9% -i yəni 387.409 milyon manatı uzunmüddətli maliyyə aktivlərində, 175.187 milyon manat debitor borclarında, qalan hissəsi - digər aktivlərdə cəmlənib. 

Sığorta sektorunun ümumi nizamnamə kapitalı 2020-ci ilin iyul ayının əvvəlində 422,636 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin sonuna nisbətən 0,1% çoxdur.

Sektorun sığorta ehtiyatları 1 iyul 2020-ci il tarixinə 762,882 milyon manat (artım 3,5%), ümumi bölüşdürülməmiş mənfəət 87,697 milyon manat (azalma 39,7) olaraq qiymətləndirilir.

1 iyul 2020-ci il tarixinə Azərbaycanın sığorta sektorunda 33 hüquqi şəxs qeydiyyata alındı, bunlardan 32-si özəl hüquqi şəxsdir bunlardan 8 şirkət xarici kapitallıdır. 2020-ci il iyul ayının əvvəlinə daxil olmaqla ölkədə 21 sığorta şirkəti, 1-i təkrarsığorta və 12-si broker şirkəti fəaliyyət göstərir.

1 iyul 2020-ci il tarixinə Azərbaycanın sığorta sektorunda orta əmək haqqı 1643 manat təşkil edib ki, bu da 2019-cu ilin iyun ayının sonuna nisbətən 9,3% çoxdur.

Mənbə: Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET