preloader gif

Azərbaycanda icbari avtomobil sığortası üzrə yığımlar azalıb – 50 milyon manatlıq yığım


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı, icabri avto, avtomobil sigortasi
12:12 01.09.2020

2020-ci ilin yanvar-iyul ayları ərzində avtonəqliyyat  vasitələrinin könüllü sığortası üzrə 22 milyon 978 min manat sığorta haqqı hesablanıb.

Banker.az bu barədə Mərkəzi Bankın statistikasına istinadən xəbər verir.

Ötən ilin yanvar-iyul ayları ərzində avtonəqliyyat vasitələrinin sığortası üzrə 19 milyon 333 min manat sığorta haqları hesablanmışdı. Belə ki, illik müqayisədə avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə hesablanmış sığorta haqları 3 milyon 645 min manat və ya 19% artıb.

Cari ilin yanvar-iyul aylarında avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə sığorta ödənişləri 2019-cu ilin analoji dövrüylə müqayisədə 391 min manat və ya 6% artaraq 7 milyon 173 min manat olub.

İCBARİ AVTOMOBİL SIĞORTASI ÜZRƏ YIĞIMLAR AZALIB

2020-ci ilin 7 ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə isə 49 milyon 716 min manat sığorta haqqı toplanıb. Ötən ilin müvafiq dövrüylə müqayisədə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar 8 milyon 804 min manat və yaxud 15% azalıb. Həmçinin bu növ sığorta üzrə 29 milyon 66 min manat sığorta ödənişi edilib. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta ödənişləri 22% azalıb.

Bildirək ki, 2019-cu ilin yanvar-iyul ayları ərzində isə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 58 milyon 520 min manat sığorta haqqı yığılıb, 37 milyon 264 min manat isə sığorta ödənişi olub.

Mənbə: Banker.az

SIĞORTANI İNDİ ƏLDƏ ET