preloader gif

Sığorta şirkətlərinin yığımlarında vəziyyət necə dəyişib?


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı
09:55 01.09.2020

Bu ilin yanvar-iyul aylarının yekununa görə, Azərbaycandakı 21 sığorta şirkətindən 15-nin yığımları illik müqayisədə artıb, 6-nın isə yığımları azalıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, son 1 ildə yığımları ən çox artan şirkət "Xalq Həyat Sığorta" ASC-dir. Bu şirkət 7 ayda 1,689 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 6,7 dəfə çoxdur.

Yığımları ən az artan şirkət isə Dövlət Sığorta Kommersiya Şirkətidir ("Azərsığorta"). Bu şirkətin daxilolmaları 41,058 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 5,9% çoxdur.

Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət "AXA MBASK" Sığorta Şirkəti ASC-dədir. Bu şirkət 7 ay ərzində 5 min manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 99,5% azdır.

Daxilolmalarda azalma baxımından ən yaxşı vəziyyət isə “İpək Yolu Sığorta ASC-dədir. Bu şirkətin yığımları 4,3% azalaraq 15,747 milyon manata düşüb. 

Mənbə: Renkinq.az

SIĞORTANI İNDİ ƏLDƏ ET