preloader gif

Sığorta şirkətlərinin ödənişlərində vəziyyət necə dəyişib?


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı
09:52 01.09.2020

Bu ilin yanvar-iyul aylarının yekununa görə, Azərbaycandakı 21 sığorta şirkətindən 12-nin ödənişləri illik müqayisədə artıb, 8-nin ödənişləri azalıb, 1 şirkət ("Xalq Həyat Sığorta" ASC) isə son 1 ildə ödəniş etmədiyi üçün onun ödənişlərində dinamika qeydə alınmayıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, ödənişləri ən çox artan şirkət "Amrah Sığorta" ASC-dir. Bu şirkət 7 ayda 8 min  manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 6,2 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “Qala Sığorta" ASC-dır. Bu şirkətin ödənişləri 1,773 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 1,8% çoxdur.

Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "Bakı Sığorta" ASC-dədir. Bu şirkət 7 ay ərzində 157 min manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 0,2% azdır.

Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə "AXA Mbask" Sığorta Şirkəti ASC-dədir. Bu şirkətin ödənişləri 88,7% azalaraq 488 min manata düşüb.

Mənbə: Renkinq.az

SIĞORTANI İNDİ ƏLDƏ ET