preloader gif

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” dövlət qeydiyyatına alınıb


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı, Aqrar Sığorta Müştərək Sığorta Şirkəti, aqrar sigorta, aqrar sığorta
12:16 01.09.2020

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-ni dövlət qeydiyyatına alıb.

“Report” nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 175, nizamnamə kapitalı əvvəlcədən deyildiyi kimi 2 187 500 manat, qanuni təmsilçisi isə Azər Əvəz oğlu Kərimovdur. O, bundan əvvəl “PAŞA Sığorta” ASC-nin Sığorta iddiaları və hüquqi təminat departamentinin rəisi, “Azərkosmos” ASC-də məxfi işlər üzrə mütəxəssis, “Kaas Telekom” MMC-nin baş direktoru vəzifələrində çalışıb. 

Xatırladaq ki, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin səhmdarları 7 sığorta şirkəti - "PAŞA Sığorta", "Qala Sığorta", "Meqa Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Xalq Sığorta", "Azsığorta" və "Bakı Sığorta" ASC-lərdir. Onların hər birini yeni kommersiya qurumunun nizamnamə kapitalına 315,5 min manat qoyub.

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondunun idarəedici təşkilatı kimi fəaliyyət göstərəcək. 

Mənbə: Report.az

SIĞORTANI İNDİ ƏLDƏ ET