2021-ci ilin yanvar-aprel aylarında proqnoza nisbətdə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 133,5 mln. manat və ya 12,4% artıb.
Dövlət Sosial Müdafiə Fondundan APA-ya verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə daxilolmalar 9,6% artıb.Büdcə təşkilatlarında 30,2 mln.manat və ya 7%, qeyri-büdcə təşkilatlarında isə 75,8 mln.manat və ya 11,2% artım qeydə alınıb.
Mənbə: Apa.az