preloader gif

İlham Əliyev: Sığorta sahəsində boşluqlar var


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

21:38 28.03.2019

"Adətən, inkişaf etmiş ölkələrdə belə hadisələr baş verdikdə burada bütün maliyyə yükünü sığorta şirkətləri öz üzərinə götürür, bütün mallar sığortalanır. Ancaq əfsuslar olsun ki, Azərbaycanda sığorta sahəsində boşluqlar var və bir çox hallarda biz bunu görürük." 

Insure.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar martın 28-də keçirilən müşavirədə deyib.

“Misal üçün, bu yaxınlarda Şamaxı, İsmayıllı, Ağsu rayonlarında baş vermiş zəlzələ nəticəsində minlərlə evə ziyan dəyib və heç bir ev sığortalanmayıb. Təbii ki, dövlət öz dəstəyini göstərir və göstərməlidir. Artıq evlərin tikintisi başlayıb və bu ayın əvvəlində birinci evlərin vətəndaşlara təqdimetmə mərasimi keçirilib.

Bütövlükdə, sahibkarlara məsləhət görülür ki, onlar öz əmlakını sığortalatsınlar. Belə olan halda tam əmin ola bilərlər ki, bədbəxt hadisə baş verdikdə onların əmlakı batmayacaq”, - deyə dövlət başçısı bildirib.

Xatırladaq ki, martın 26-da “Diqlas” ticarət mərkəzində güclü yanğın baş verib. Yanğın nəticəsində icarədarlara və sahibkarlara xeyli ziyan dəyib. Prezident Administrasiyasının nümayəndəsi Hüseyn Mövsümov bu gün icarədarlarla görüşdə bildirib ki, prezident İlham Əliyevin tapşırığına əsasən, “Diqlas”da malı yanan sahibkarlara dəyən ziyan dövlət tərəfindən ödəniləcək.

Mənbə: www.oxu.az