preloader gif

“PAŞA Sığorta”nın xalis mənfəəti kəskin artıb


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

12:43 29.03.2019

“PAŞA Sığorta” ASC 2018-ci ili 22 milyon 416 min manat xalis mənfəət ilə başa vurub. Bu məbləğ, şirkətin 2017-ci ildəki qazancı ilə müqayisədə 71,2% çoxdur. “PAŞA Sığorta” 2017-ci ili 13 milyon 94 min manat xalis mənfəətlə bağlamışdı.

GƏLİRLƏRİ ARTIB

Şirkətin maliyyə hesabatlarına istinadən 2018-ci ildə “PAŞA SIğorta”nın cəmi gəlirləri 134 milyon 364 min manat, cəmi xərcləri isə 106 milyon 14 min manat təşkil edib. Şirkət 28 milyon 350 min manat maliyyə mənfəətindən 5 milyon 934 min manat mənfəət vergisi ödəyib.

2017-ci ildə “PAŞA Sığorta”nın cəmi gəlirləri 111 milyon 697 min manat, cəmi xərcləri 95 milyon 202 min manat təşkil etmiş, Şirkət 16 milyon 494 min manat maliyyə mənfəətindən 3 milyon 400 min manat mənfəət vergisi ödəmişdi.

DAHA ÇOX HAQQ YIĞIB

Ötən il “PAŞA Sığorta”nın topladığı sığorta haqları 124 milyon 773 min manat, sığorta ödənişlıəri isə 49 milyon 520 min manat təşkil edib. 2017-ci ildə Şirkətin topladığı sığorta haqları 104 milyon 911 min manat, sığorta ödənişləri isə 44 milyon 990 min manat təşkil etmişdi.

ŞİRKƏT BÖYÜYÜB

31 Dekabr 2018-ci il tarixində “PAŞA Sığorta” 174 milyon 824 min manat cəmi aktivlərə, 74 milyon 997 min manat cəmi kapitala və 99 milyon 828 min manat cəmi öhdəliklərə malik olub. 31 Dekabr 2017-ci il tarixində “PAŞA Sığorta” 153 milyon 36 min manat cəmi aktivlərə, 66 milyon 152 min manat cəmi kapitala və 86 milyon 883 min manat cəmi öhdəliklərə malik idi.

#pashasigorta #pasasigorta #pasaicbari #icbarisigorta #sigrotala #masinsigortala #pasamasin

Mənbə: www.marja.az