14:40 27.07.2020
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirus testinin nəticələri ilə bağlı vətəndaşlara göndərilən məlumatda texniki xəta nəticəsində yaranan yanlışlığa münasibət bildirib.
Agentliyin marketinq və ictimaiyyətlə əlaqələr departamentindən Fins.az-a daxil olan məlumatda bildirilir: “İyulun 25-də və 26-da its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda texniki xəta ilə əlaqədar yanlışlıq olub. Həmin tarixlərdə its.gov.az portalından SMS-lə mesaj alan şəxslərdən rica edirik ki, testin nəticəsini nəzərə almasınlar.
İyulun 27-dən başlayaraq test nəticələri ilə bağlı vətəndaşlara yeni SMS-lər göndəriləcək.
Sistemdə baş verən texniki xətaya görə üzr istəyirik.
Yanlış mesaj göndərilən şəxslərə Agentlik tərəfindən üzrxahlıq mesajı göndərilir
Mənbə: Fins.az
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.