preloader gif

Azərbaycanda könüllü sığorta 13% ARTIB


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı
14:23 27.07.2020

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 273,515 milyon manat sığorta haqqı toplanılıb.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,1% çoxdur.

Son 1 ildə icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 6,6% artaraq 127,444 milyon manat olub.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 153,83 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 84,7% çoxdur.

İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 13,45% azalaraq 31,013 milyon manata düşüb.

Beləliklə, 2020-ci ilin yanvar-iyun aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 56,2 manatı qədər ödəniş edilib. Bu rəqəm 2019-cu ilin yanvar-iyun aylarında 34,45 manat olub.

İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 30 manatdan 24,3 manata düşüb.

Mənbə: Fins.az