preloader gif

Geri çəkilən sığorta depozitləri 100 milyon manatı ötdü


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı
14:47 27.07.2020

Azərbaycanda sığortaya yatırılan pullar 32%, geri çəkilən depozitlər isə 2,7 dəfə artıb. Söhbət həyatın yaşam sığortasından gedir. MediaPost” Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ilin birinci yarısında bu sığorta növü üzrə yığımlar 85,055 milyon manat təşkil etdiyi halda, 2020-ci ilin eyni dövründə ümumi yatırımların həcmi 112,074 milyon manata yüksəlib.

Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 39,598 milyon manatdan 107,766 milyon manata qədər artıb.  

Sığorta eksperti Xəyal Məmmədxanlı MediaPosta bildirib ki, həyatın yaşam sığortası yatırım növlərindən biridir.

Əsasən iri korporativ və xarici şirkətlər bu sığorta növünə maraq göstərir və öz işçilərini bu şəkildə sığortalayırlar: “Şirkətlər bu sistemə qoşulur və əmək haqları bu sistemə köçürülən zaman işçilər vergidən və sosial sığorta ödənişlərindən azad olunurlar. Əsasən 3 il müddətində əlavə faizləri ilə pullarını geri götürürlər”.

Ekspert hesab edir ki, ödənişlərin birdən-birə 2,7 dəfə artması iri kontraktların bitməsi ilə əlaqədar ola bilər: "Ola bilsin ki, 1000-2000 nəfərlik hər hansı bir şirkətin işçilərinin müqavilələri bitib və pullarını geri götürüblər”. 

Mənbə: MediaPost.az