Tural Piriyev: “Sahibkarların depozitlərinin sığortalanması gündəmdə deyil”

14:17 25.06.2020

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri

“Azərbaycanda hüquqi şəxslərin və fərdi sahibkarların banklardakı depozitlərinin sığortalanması məsələsi hələ ki, gündəmdə deyil. Bu məsələ ilə bağlı hər hansı müzakirə aparılmayıb”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Tural Piriyev keçirdiyi mətbuat konfransında bildirib. 

“Hazırda diqqət daha çox fiziki şəxslərin əmanətlərinin sığortalanmasına yönəlib. Çünki bu bir sosial layihədir”, - deyə o, qeyd edib.

Mənbə: Report.az