14:17 25.06.2020
“Azərbaycanda hüquqi şəxslərin və fərdi sahibkarların banklardakı depozitlərinin sığortalanması məsələsi hələ ki, gündəmdə deyil. Bu məsələ ilə bağlı hər hansı müzakirə aparılmayıb”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Tural Piriyev keçirdiyi mətbuat konfransında bildirib.
“Hazırda diqqət daha çox fiziki şəxslərin əmanətlərinin sığortalanmasına yönəlib. Çünki bu bir sosial layihədir”, - deyə o, qeyd edib.
Mənbə: Report.az
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.