ASA beynəlxalq "İpək Yolu Sığorta Forumu"nda iştirak edib

18:59 16.04.2026

Türkiyənin İstanbul şəhərində ilk dəfə keçirilən beynəlxalq "İpək Yolu Sığorta Forumu" öz işinə başlayıb. Azərbaycan Sığortaçılar Assosiasiyasının, İcbari Sığorta Bürosunun və Azərbaycanın bir sıra sığorta şirkətlərinin rəhbərliklərindən ibarət nümayəndə heyəti ölkəmizin sığorta sektorunu beynəlxalq forumda təmsil edirlər. Forumun başlıca məqsədi region ölkələrinin sığortaçılarını sektorial platformada bir araya gətirmək, habelə, dünyada baş verən geosiyasi gərginlik, müharibələr və nəticə etibarilə meydana gələn qlobal iqtisadi volatillik nəticəsində dəyişən bazar şərtləri fonunda dünya sığortaçılığının yeni inkişaf meyillərinin və prioritetlərinin peşəkar müzakirəsindən ibarətdir.