preloader gif

İcbari tibbi sığortanın tətbiqi eyni qrafiklə davam etdiriləcək


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

16:49 09.06.2020

“Digər bölgələrdə COVİD-19-la əlaqədar icbari tibbi sığortanın tətbiqi təxirə salınıb. Növbəti ildən eyni qrafiklə davam etdiriləcək”.

Bunu jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib. O bildirib ki, yanvarın 1-dən 23 regionda icbari tibbi sığortanın tətbiqinə başlanılıb:

“Şimal bölgəsində icbari tibbi sığorta xidmətlərindən istifadə olunur. Gələn ilin yanvarın 1-dən əvvəlki qrafik üzrə əvvəl qərb bölgəsi, cənub, sonra isə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonnu ərazisində icbari tibbi sığorta  tətbiq olunmağa başlayacaq”.

Mənbə: Fins.az