16:49 09.06.2020
“Digər bölgələrdə COVİD-19-la əlaqədar icbari tibbi sığortanın tətbiqi təxirə salınıb. Növbəti ildən eyni qrafiklə davam etdiriləcək”.
Bunu jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib. O bildirib ki, yanvarın 1-dən 23 regionda icbari tibbi sığortanın tətbiqinə başlanılıb:
“Şimal bölgəsində icbari tibbi sığorta xidmətlərindən istifadə olunur. Gələn ilin yanvarın 1-dən əvvəlki qrafik üzrə əvvəl qərb bölgəsi, cənub, sonra isə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonnu ərazisində icbari tibbi sığorta tətbiq olunmağa başlayacaq”.
Mənbə: Fins.az
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.