preloader gif

Bağlanan sığorta şirkətinə aid icbari sığortalar qüvvədən düşür? – AÇIQLAMA


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

10:00 22.05.2020

“Lisenziyanın ləğvindən əvvəlki tarixlərdə ASC “Standard Insurance” Şirkəti ilə bağlanmış sığorta müqavilələri qüvvədədir və bu müqavilələr üzrə sığorta hadisəsi baş verdikdə həmin hadisədən dəymiş ziyan qiymətləndirilərək müvafiq ödəniş həyata keçiriləcəkdir”.

Bunu Banker.az saytının sorğusuna Azərbaycan Mərkəzi Bankının mətbuat xidmətindən bildiriblər. Sorğu, S.Ş-nin bağlandıqdan sonra, illik icbari və könüllü sığorta müqaviləsi imzalayan şəxslərin sığorta hadisəsi zamanı ödənişlərin kim tərəfindən təmin edilməsi ilə bağlı olub.

Mərkəzi Bankda bildirilir ki, hazırda ASC “Standard Insurance” Şirkətinə müvəqqəti inzibatçı təyin edilib: “Lisenziyanın ləğv edildiyi tarixə qədər bağlanılan bütün müqavilələr üzrə baş verən hadisələrin tənzimlənməsi əvvəlki qaydada həyata keçirilir. Mərkəzi Bankın qərarına əsasən Şirkətin ləğv edilməsi prosesinə başlanması üçün məhkəməyə müraciət edilib. Məhkəmə tərəfindən müflisləşmə qaydasında ləğvetmə barəsində müvafiq qərar verildikdən sonra qüvvədə olan müqavilələr üzrə baş vermiş hadisələrə görə ödənişlərin həyata keçirilməsi qanunvericilikdə nəzərdə tutulmuş prosedurlar çərçivəsində həyata keçiriləcəkdir. Ləğvetmə prosesində bütün icbari sığorta müqavilələri üzrə sığorta ödənişlərinin həyata keçirilməsi İcbari Sığorta Bürosu tərəfindən həyata keçiriləcəkdir”.

Mənbə: Banker.az