preloader gif

“Mərkəzi Bank Palatanın acığını maliyyə bazarının iştirakçılarından çıxır”


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

16:02 21.05.2020

“Sığorta şirkətinə mütləq möhlət verilməli idi, amma Mərkəzi Bank birbaşa yekuna, ləğv məsələsinə gedib.”

Banker.az xəbər verir ki, bu sözləri sığorta üzrə ekspert Xəyal Məmmədxanlı ARB24 kanalında “Standard İnsurance”nın ləğvi barəsində danışarkən bildirib.

“Mərkəzi Bankın son vaxtlar istər banklar, istərsə də sığorta şirkəti ilə atdığı addımlar bizə sanki belə bir mesaj verir ki, Palata dövründə Palatanın fəaliyyətsizliyi nəticəsində yığılmış problemlər var. Və sanki Mərkəzi Bank Palataya acıqlanırcasına, nə üçün Palata bunlara göz yumub, illərlə bu problemi yoluna qoymayıb deyərəkdən bunun acığını maliyyə bazarının iştirakçılarından çıxırmış kimi bir görüntü var. Amma bu təbii ki, doğru deyil.”- deyə Xəyal Məmmədxanlı qeyd edib.

Mənbə: Banker.az