preloader gif

Azərbaycanda sığorta şirkətlərinin kapitalının minimum məbləğinə dair tələblər müəyyənləşib


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

14:34 24.03.2020

Mərkəzi Bankın İdarə Heyəti “Sığortaçının tələb olunan kapitalının minimum məbləği”nin müəyyən edilməsi barədə” qərar verib.

APA-nın məlumatına görə, qərar martın 18-dən qüvvəyə minib.

Qərara əsasən, sığortaçıların tələb olunan kapitalının minimum məbləği aşağıdakı kimi müəyyən edilib:

 

- Qeyri-həyat sığortası fəaliyyəti üzrə - 5 milyon manat;

- Həyat sığortası fəaliyyəti üzrə - 10 milyon manat;

- Müstəsna olaraq təkrarsığorta fəaliyyəti üzrə - 20 milyon manat;

- Sığortaçının təkrarsığorta fəaliyyəti üzrə - 5 milyon manat;

- Aqrar sığorta orqanının adından aqrar sığorta sisteminin idarə edilməsini həyata keçirən müştərək sığortaçı üçün – 1 milyon manat.

Mənbə: Apa.az