preloader gif

Koronavirusla Mübarizəyə Dəstək Fonduna ödəniş edən - SIĞORTA ŞİRKƏTLƏRİ - SİYAHI YENİLƏNİR


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

14:32 24.03.2020

Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə qaydasında göstərilib ki, Fondun vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.

FED.az Fonda könüllü ödəmə edən sığorta şirkətlərinin siyahısını təqdim edir. 

AzRE təkrasığorta şirkəti - 1 milyon manat

Qala Sığorta                    - 100 min manat

Qala Həyat Sığorta         - 100 min manat 

İpək Yolu Sığorta           -  100 min manat       

Amrahsığorta                  - 100 min manat

Atəşgah Sığorta              - 100 min manat

PAŞA Sığorta                  - 100 min manat

PAŞA Həyat                    - 100 min manat 

Günay Sığorta                 - 100 min manat

Standard Insurance         - 50 min manat 

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat  ayrılıb.

Mənbə: Fed.az