preloader gif

Azərbaycan sığorta bazarının builki yığımı 800 mln. manata çata bilər


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta, sığorta, sığorta bazarı, sigorta bazari, sığorta şirkətləri, sigorta sirketleri,sığorta ödənişləri, sigorta odenisleri
14:56 14.09.2020

Bu ilin yekunlarına görə, Azərbaycanın sığorta bazarının ümumi yığımı 700-800 mln. manat təşkil edə bilər.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Sığorta Assosiasiyasının Müşahidə Şurasının sədri Azər Əliyev deyib.

Onun sözlərinə görə, bu rəqəmi 1,5 mlrd. manata çatdırmaq üçün bu gün bazarda olan şirkətlərin sayı tam kifayət edir: "Sadəcə, sığorta şirkətləri daha keyfiyyətli xidmət göstərməli, kross satışlarla məşğul olmalı, təzə məhsulları köhnə müştərilərə sata bilməlidirlər".

Qeyd edək ki, bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən cəmi 467 482,7 min manat həcmində sığorta haqqı yığılıb. Bu, illik ifadədə 10,5% çoxdur. 2019-cu il ərzində isə sığorta şirkətlərinin yığımları 681,177 mln. manat olub (-6,4%).

 

 

 

 

 

Mənbə: Apa.az

SIĞORTANI İNDİ ƏLDƏ ET