preloader gif

Azərbaycan Sığortaçılar Assosiasiyası yeni fəaliyyət konsepsiyasını açıqladı – RƏSMİ


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta, sığorta, sığorta bazarı, sigorta bazari, sığorta şirkətləri, sigorta sirketleri, ASA, Azərbaycan Sığortaçılar Assosiasiyası
14:49 14.09.2020

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) bu gün keçirdiyi mətbuat konfransında mediaya yeni fəaliyyət konsepsiyasını açıqlayıb. Konfransı giriş sözü ilə açan Azərbaycan Sığortaçılar Assosiasiyasının müşahidə şurasının sədri Azər Əliyev media mənsublarını salamlayaraq, onlara sığorta maarifləndirməsi və yerli bazar ilə bağlı doğru məlumat yayımını həyata keçirdiklərinə görə təşəkkürünü bildirib. A.Əliyev qeyd edib ki, yerli sığorta bazarının yeni mərhələdə dayanıqlı inkişafı üçün kifayət qədər potensial var və Assosiasiya bu potensialın doğru dəyərləndirilməsi istiqamətində sığortaçılara öz dəstəyini fundamental əsaslarla təşkil edəcək: “Azərbaycanın sığorta bazarı inkişaf yolunda sağlam addımlarla irəliləyir. Doğrudur, bütün dünya iqtisadiyyatları və müxtəlif sektorlarda olduğu kimi maliyyə institutunun əsas qolu olan sığorta sektoru da COVID-19 pandemiyasından bu və ya digər formada neqativ yöndə təsirləndi. Amma Azərbaycanda qurulmuş sağlam iqtisadi inkişaf modeli və vaxtında həyata keçirilən priventiv tədbirlər nəticəsində sığorta bazarı daha böyük miqyaslı neqativ təsirlərdən yayına bildi. Növbəti mərhələ çox önəmlidir. İlk növbədə pandemiyanın yaratmış olduğu boşluqların doldurulması, bununla paralel olaraq dəyişən müştəri davranışları və yeni dönəm şərtlərinə adekvat fəaliyyətin tətbiqi sığortaçılar üçün başlıca prioritet olacaq. Azərbaycan Sığortaçılar Assosiasiyası yeni fəaliyyət konsepsiyasını məhz bu reallıqları nəzərə alaraq hazırlayıb”. Daha sonra konsepsiyanın detalları media mənsublarının diqqətinə çatdırılarkən, yeni konsepsiya funksionallıq baxımından bir xətli və çoxşaxəli olub, davamlı inkişaf üçün zəruri olan bütün elementləri özündə ehtiva etdiyi bildirilib. Vurğulanıb ki, yerli sığorta bazarının davamlı və dayanıqlı inkişafının təmin olunmasında sığortaçıların fəaliyyətinin stimullaşdırılması, dünyəvi təcrübə və statistik hesabatlılığın tətbiqi üçün lokal və qlobal müstəvidə təşkilatlarla qarşılıqlı əməkdaşlıqların qurulması və daha geniş trayektoriyalı maarifləndirmə işlərinin aparılması konsepsiyanın əsas hədəf indikatorlarını təşkil edir. Azərbaycan Sığortaçılar Assosiasiyasının müşahidə şurasının sədri Azər Əliyev qeyd olunan konsepsiyasının orta və uzunmüddətli perspektivdə uğurlu nəticələrə nail ola bilməsi üçün medianın və informasiya siyasətinin önəmini və rolunu xüsusi olaraq vurğulayıb.

Mənbə: Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET