preloader gif

Azərbaycanda ləğv olunmuş 4 bankın əmanətçilərinə ödənilən kompensasiya 500 mln. manatı ötüb


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı, emanetlerin sigortalanmasi,əmanətlərin sığortalanması
09:45 04.09.2020

Bu ilin iyunun 16-dan sentyabrın 2-dək Azərbaycan Beynəlxalq Bankı tərəfindən ləğv prosesində olan "AGBank" və "NBCBank"ın əmanətçilərinə 175,34 mln. manatdan çox kompensasiya ödənilib.

Bu barədə "APA-Economics"ə Əmanətlərin Sığortalaması Fondundan (ADIF) bildirilib.

Sentyabrın 2-nə olan məlumata görə, "AGBank" üzrə 3 560 əmanətçiyə ödənilən məbləğ 67,49 mln. manat, "NBCBank" üzrə isə 3 645 əmanətçiyə 107,84 mln. manat kompensasiya ödənilib.

İyunun 1-dən sentyabrın 2-dək "Kapital Bank" tərəfindən ləğv prosesində olan "Amrahbank" və "Atabank"ın əmanətçilərinə 328,23 mln. manatdan çox kompensasiya ödənilib.

Qeyd olunan müddət ərzində "Amrahbank" üzrə 5 381 əmanətçiyə ödənilən məbləğ 128,54 mln. manat, "Atabank" üzrə isə 8 709 əmanətçiyə 199,68 mln. manat kompensasiya ödənilib.

Ümumilikdə, sentyabrın 2-nə ləğv prosesində olan 4 bank üzrə 21 295 əmanətçiyə 503,57 mln. manat kompensasiya ödənilib.

Fond tərəfindən son bağlanmış banklar üzrə əmanətçilərin kompensasiyalarının təmin edilməsi artıq yekunlaşmaq üzrədir, tam ödənilmə prosesi qısa zaman içərisində qanunla müəyyən olunmuş qaydada yekunlaşdırılacaq.

 

 

 

 

Mənbə: Apa.az

SIĞORTANI İNDİ ƏLDƏ ET