preloader gif

Azərbaycanda kreditlərin sığortalanmasına maraq sürətlə azalır


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı,eman etlerin sigortalanmasi, əmanətlərin sığortalanması
16:30 02.09.2020

Azərbaycanda kreditlərin sığortalanması 2020-ci ildə 5 dəfə kiçilib.

Banker.az-ın Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata əsasən, 2020-ci ilin yanvar-iyul ayları ərzində cəmi 15 900 manatlıq kredit sığortalanıb. Öncəki ilin analoji dövründə bu rəqəm 78 200 manat idi. İllik müqayisədə kreditlərin sığortlanması bazarı 80% və ya 5 dəfə kiçilib. Lakin, dövr ərzində heç bir sığorta hadisəsi baş verməyib.

Cari ilin yanvar-iyun aylarında isə kredit sığortası üzrə yığılmış sığorta haqları 14 600 manat təşkil etmişdir. Bu ilin yanvar-iyun aylarını ötən ilin müvafiq dövrüylə müqayisədə kreditlərin sığortalanması bazarı 4 dəfə kiçilib.

Onuda qeyd edək ki, Kreditlərin sığortası — kredit götürənin müflis olması və ya ölməsi, həmçinin öz öhdəliklərini digər səbəblərdən yerinə yetirə bilməməsi ilə əlaqədar borcu (krediti) qaytarmaması nəticəsində borc (kredit) verənə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutur.

Mənbə: Banker.az

SIĞORTANI İNDİ ƏLDƏ ET