preloader gif

Azərbaycanın sığorta bazarında ən çox yığım edən şirkətlər (Renkinq)


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı
09:56 02.09.2020

Azərbaycanda iyul ayı üzrə sığorta şirkətlərinin maliyyə vəziyyəti açıqlanıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Ən çox sığorta yığımı edən şirkətlər arasında birinci yeri “Paşa Həyat Sığorta” şirkəti tutur. (157 milyon 504 min manat). İkinci yerdə isə 109 milyon 920 min manat olmaqla “Paşa Sığorta” dayanır. Üçüncü yerdə “Dövlət Sığorta Kommersiya Şirkəti” qərarlaşıb. (41 milyon 58 min manat).

İyul ayında ən az yığım edən şirkətlər isə “Bakı Sığorta” (920 min manat), “Naxçıvansığorta” (822 min manat), “AXA MBASK” (5 min manat) sığorta şirkətləridir.

Onu da qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı mayın 19-da “Standard Insurance” sığorta şirkətinin lisenziyasını ləğv etdi. Beləliklə, sığorta şirkətlərinin sayı 22-dən 21-ə düşüb.

Mənbə: Banker.az

SIĞORTANI İNDİ ƏLDƏ ET