preloader gif

PAŞA Sığorta tərəfdaşlari üçün "Maliyyə savadlılığı və Dünya Bankının B-Ready hesabatı" mövzusunda təlim təşkil edib


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

icbari emlak
17:16 28.02.2024

PAŞA Sığorta şirkəti 22 fevral tarixində öz tərəfdaşları üçün maliyyə məhsullarını və konsepsiyalarını başa düşmək, maliyyə risklərini və imkanlarını qiymətləndirmək, məlumatlı seçimlər etmək üzrə bacarıqların inkişaf etdirilməsi məqsədi ilə təlim təşkil etmişdir. Təlimin təşkil olunma məqsədi maliyyə sektoru nümayəndələri və sahibkarlıq subyektlərinin maliyyə sektoruna dair qanunvericilik bazası haqqında məlumatlılığının artırılmasıdır.

15-dən çox hüquqi şəxs olan sahibkarlıq subyektinin cəlb olunduğu təlimdə iştirakçılara sığortanın üstünlükləri, praktikada maliyyə xidmətlərinin əldə edilməsi, biznes və investisiya mühitinin tənzimləmə çərçivəsi barədə geniş məlumat verildi. Bununla yanaşı, Dünya Bankının B-Ready hesabatı, onun tarixi, qoiymətləndirmə indikatorları və ölkə reytinqi üçün əhəmiyyəti barəsində iştirakçılar məlumatlandırıldı."PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta şirkəti qeyri-həyat sığorta sektoru üzrə 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “SP Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Müsbət” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının böyük sığorta şirkətlərindəndir.

SIĞORTANI İNDİ ƏLDƏ ET