preloader gif

ƏSF Azərbaycanda ilk dəfə Bankın ləğv prosesini yekunlaşdırdı.


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

icbari emlak
12:42 27.02.2024

Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycanda ilk dəfə olaraq ləğv prosesində olan bankın ləğvetməsi yekunlaşdırılıb.

Fonddan Fins.az-a bildirilib ki, 1992-ci ilin dekabr ayından etibarən bank fəaliyyətini həyata keçirmiş “Borçalı” Kommersiya Bankının (KB) fəaliyyəti 2005-ci il yanvarın 31-də dayandırılmış və məcburi ləğv prosesi başlanılmışdı.

Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 17 avqust tarixli, 2-1(103)-1376/2017 nömrəli qərardadı ilə məcburi ləğv edilmiş “Borçalı” KB-yə təyin edilmiş “RRVAM Beynəlxalq Audit Konsaltinq” MMC-nin ləğvedici qismində fəaliyyətinə xitam verilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilib.

Fond Banka ləğvedici təyin edildikdən sonrakı dövr ərzində Bankın öhdəliklərinin qısa müddət ərzində icrasının təmin edilməsi istiqamətində qanunla müəyyən olunmuş tədbirlər həyata keçirmiş və nəticədə bütün öhdəliklərin icrası tam təmin olunub. Fond tərəfindən LPO “Borçalı” KB-nin ləğv prosesinin

yekunlaşdırılması və Bankın ləğvedicisi qismində Fondun fəaliyyətinə xitam verilməsinə dair ərizə ilə müvafiq məhkəməyə müraciət edilib.

Azərbaycan Respublikası Ali Məhkəməsinin 2023-cü il 29 dekabr tarixli, 2-3(102)-12/2023 nömrəli qərarı ilə Fondun ərizəsi təmin edilərək, LPO “Borçalı” KB-nin ləğvedicisi qismində Fondun fəaliyyətinə xitam verilmiş və Bankın ləğv prosesi yekunlaşdırılıb.

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində hazırda 22 bank var.

SIĞORTANI İNDİ ƏLDƏ ET