preloader gif

Azərbaycanda sığorta ödənişlərinin 84%-i - 5 Şirkətin Payına Düşür


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
14:07 30.12.2022

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda həyata keçirilmiş 400,953 milyon manat sığorta ödənişinin 334,71 milyon manatı və yaxud 83,5%-i 5 sığorta şirkətinin payına düşüb.FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (200,807 milyon manat), “PAŞA Sığorta” (63,01 milyon manat), “Atəşgah Həyat Sığorta” (27,729 milyon manat), “Xalq Sığorta” (24,283 milyon manat) və “Azərsığorta” (18,881 milyon manat) ASC-lərdir.

11 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (7 min manat), “İpək Yolu Sığorta” (168 min manat), “Xalq Həyat Sığorta” (420 min manat), “Naxçıvan Sığorta” (533 min manat) və “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (1,393 milyon manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 2,521 milyon manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,6%-i deməkdir.

Qalan 10 sığorta şirkətinin ümumi ödənişləri isə 63,722 milyon manat (15,9%) təşkil edib. (Renkinq)

Mənbə: Fed.az

SIĞORTANI İNDİ ƏLDƏ ET