Azərbaycan Mərkəzi Bankı tərəfindən əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin sığortalanması üzrə xidmətin satın alınması ilə bağlı elan edilmiş açıq tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, Satınalmalar komissiyasının 19 dekabr 2022-ci il tarixli qərarına əsasən, əsas vəsaitlərin və nağd pulun sığortalanması üzrə "PAŞA SIĞORTA" ASC qalib elan edilib.
Qalib şirkətlə müvafiq satınalma müqaviləsi imzalanıb.
Mənbə: Fesd.az