preloader gif

Əmlakı icarəyə verən şirkət - HANSI VERGİLƏRİ ÖDƏMƏLİDİR?


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
14:47 25.07.2022

Daşınmaz əmlakın icarəyə verilməsindən gəlir əldə edən hüquqi şəxs hansı növ vergiləri ödəməlidir?

FED.az xəbər verir ki, Dövlət Vergi Xidmətindən bildirilib ki, əmlakın icarəyə verilməsindən gəlir əldə edən şəxslərin bu fəaliyyətləri ilə bağlı sadələşdirilmiş vergini tətbiq etmək hüququ olmadığından, hüquqi şəxslər tərəfindən əmlakın icarəyə verilməsindən əldə olunan gəlirlər mənfəət vergisinə cəlb edilir.

Həmçinin qeyd olunub ki, hüquqi şəxsin ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200 min manatdan artıq olduqda, növbəti ayın ilk 10 günü ərzində həmin vergiödəyicisi ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verilməklə ƏDV qeydiyyatına alınmalı və göstərdiyi xidmətlərin dəyərinə 18 faiz dərəcə ilə ƏDV tətbiq etməlidir. (Azərtac)

Mənbə: Fed.az

SIĞORTANI İNDİ ƏLDƏ ET