14:47 25.07.2022
Daşınmaz əmlakın icarəyə verilməsindən gəlir əldə edən hüquqi şəxs hansı növ vergiləri ödəməlidir?
FED.az xəbər verir ki, Dövlət Vergi Xidmətindən bildirilib ki, əmlakın icarəyə verilməsindən gəlir əldə edən şəxslərin bu fəaliyyətləri ilə bağlı sadələşdirilmiş vergini tətbiq etmək hüququ olmadığından, hüquqi şəxslər tərəfindən əmlakın icarəyə verilməsindən əldə olunan gəlirlər mənfəət vergisinə cəlb edilir.
Həmçinin qeyd olunub ki, hüquqi şəxsin ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200 min manatdan artıq olduqda, növbəti ayın ilk 10 günü ərzində həmin vergiödəyicisi ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verilməklə ƏDV qeydiyyatına alınmalı və göstərdiyi xidmətlərin dəyərinə 18 faiz dərəcə ilə ƏDV tətbiq etməlidir. (Azərtac)
Mənbə: Fed.az
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.