09:52 02.06.2022
Avropa İttifaqı (Aİ) 2035-ci ildən yalnız elektrikli avtomobilləri qeydiyyata almağı planlaşdırır, digər sürücülər üçün heç bir istisna olmayacaq.
Bu barədə Almaniyanın “Handelsblatt” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb. Bildirilir ki, bu təkliflərin həm Avropa Parlamentində, həm də Aİ Şurasında təsdiqlənəcəyi aydın görünür. Qəzetin yazdığına görə, Fransa Avropa Komissiyasının təklifini az qala birəbir həyata keçirməyi planlaşdırır. Bu o deməkdir ki, Aİ 2035-ci ildən sürərkən karbon qazı buraxan yeni minik və yüngül kommersiya avtomobillərinin qeydiyyatına icazə verməyəcək. Bunun üçün mövcud olan yeganə texnologiya elektrikli avtomobildir. Bununla əlaqədar olaraq Avropa Avtomobil Təchizatçıları Assosiasiyası (CLEPA) Aİ-də yarım milyona qədər iş yerinin itiriləcəyini ehtimal edir. Məsələ ilə bağlı səsvermənin çərşənbə günü keçiriləcəyi gözlənilir.
Mənbə: Fins.az
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.