preloader gif

Elektromobillərlə bağlı radikal qərar


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
09:52 02.06.2022

Avropa İttifaqı (Aİ) 2035-ci ildən yalnız elektrikli avtomobilləri qeydiyyata almağı planlaşdırır, digər sürücülər üçün heç bir istisna olmayacaq.

Bu barədə Almaniyanın “Handelsblatt” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb. Bildirilir ki, bu təkliflərin həm Avropa Parlamentində, həm də Aİ Şurasında təsdiqlənəcəyi aydın görünür. Qəzetin yazdığına görə, Fransa Avropa Komissiyasının təklifini az qala birəbir həyata keçirməyi planlaşdırır. Bu o deməkdir ki, Aİ 2035-ci ildən sürərkən karbon qazı buraxan yeni minik və yüngül kommersiya avtomobillərinin qeydiyyatına icazə verməyəcək. Bunun üçün mövcud olan yeganə texnologiya elektrikli avtomobildir. Bununla əlaqədar olaraq Avropa Avtomobil Təchizatçıları Assosiasiyası (CLEPA) Aİ-də yarım milyona qədər iş yerinin itiriləcəyini ehtimal edir. Məsələ ilə bağlı səsvermənin çərşənbə günü keçiriləcəyi gözlənilir.

Mənbə: Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET