preloader gif

"Naxçıvan Sığorta"ya müddətsiz - LİSENZİYA VERİLİB

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
17:10 17.05.2022

Azərbaycan Mərkəzi Bankı “Naxçıvansığorta” ASC-yə sığorta fəaliyyətini həyata keçirməyə icazə verən SF-0004 nömrəli müddətsiz lisenziya verib.

FED.az bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı qərar mayın 13-də, "Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub.

Xatırladaq ki, "Naxçıvan Sığorta" 2014-cü ildə yaradılıb, Azərbaycanın yeganə regional sığorta şirkətidir. Onun nizamnamə kapitalı 6,416 milyon manatdır. Şirkətin səhmdarı 100% "Naxçıvan Bank" ASC-dir. (Report)

Mənbə: Fed.az

SIĞORTANI İNDİ ƏLDƏ ET