preloader gif

“Renault Duster” avtomobilləri “Lada” brendi altında - İSTEHSAL OLUNACAQ


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
17:07 17.05.2022

“Renault Duster” avtomobilləri “Lada” brendi altında Rusiyanın Tolyatti şəhərində istehsal olunacaq.

FED.az Banker.az-a  istinadən xəbər verir ki, bu barədə mayın 16-sı Rusiyanın Sənaye və Ticarət Nazirliyinin avtomobil sənayesi və dəmir yolu mühəndisliyi departamentinin direktoru Denis Pak məlumat yayıb.

Qeyd edək ki, 2021-ci ildə “Renault” Rusiyada satış həcminə görə “Lada”, “Kia” və “Hyundai”dan sonra dördüncü olub. “Duster” modeli ölkədə ən çox satılan avtomobillər siyahısında 9-cü yerdədir.

Keçmiş “Renault Russia” zavodu indi “Moskviç” adlanacaq. Pakın sözlərinə görə, istehsal bu il bərpa olunacaq.

Fevralın sonunda Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlaması ilə əlaqədar martın 23-də “Renault” bu ölkədə fəaliyyətini dayandırıb.

Mənbə: Fed.az

SIĞORTANI İNDİ ƏLDƏ ET