preloader gif

Əmlak Məsələləri Dövlət Xidmətinin gəlirləri və xərcləri - ARTIB


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
17:07 12.05.2022

2021-ci ildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) gəlirləri 96,157 milyon manat təşkil edib.

FED.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 56,2% çoxdur.

ƏMDX-nın gəlirlərinin 79,766 milyon manatı və yaxud 83%-i qeyri-birja əməliyyatlarından əldə olunub, yəni dövlət büdcəsindən ayırmalardır. Bu, illik müqayisədə 35% çoxdur. Hesabat dövründə Dövlət Xidmətinin birja əməliyyatlarından gəlirləri 7,1 dəfə artaraq 15,547 milyon manata, sair əməliyyat gəlirləri isə 3,1 dəfə artaraq 844 min manata çatıb.

Ötən il ƏMDX-nın xərcləri isə əvvəlki ilə nisbətən 59,1% çox – 70,112 milyon manat təşkil edib. O cümlədən Dövlət Xidmətinin əmək haqqı və məcburi dövlət sosial sığorta haqqı xərcləri 84,6% artaraq 19,786 milyon manat, sərf etdiyi materialların dəyəri 13,8% azalaraq 206 min manat, amortizasiya xərcləri 1% azalaraq 2,614 milyon manat, sair əməliyyat xərcləri isə 55,85% artaraq 47,507 milyon manat olub. (Report)

SIĞORTANI İNDİ ƏLDƏ ET