preloader gif

“Dünyanın ən yaxşı yeni banknotu” mükafatı AMB-yə - TƏQDİM EDİLİB

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
17:04 12.05.2022

Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyəyə buraxdığı, “Dünyanın ən yaxşı yeni banknotu” tituluna layiq görülmüş 50 manatlıq pul nişanının qalibiyyət mükafatı (kubok) quruma təqdim edilib.

FED.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, təqdimat mayın 2-5-də İspaniyada təşkil edilmiş “Global Currency Forum 2022” çərçivəsində baş tutub.

Xatırladaq ki, bu il fevralın 22-də “Beynəlxalq Pul Nişanları Assosiasiyası” (IACA-ABŞ) dünyanın aparıcı mərkəzi banklarının iştirakı ilə ABŞ-ın paytaxtı Vaşinqtonda beynəlxalq konfrans keçirib, Azərbaycanın yenilənmiş 50 manatlıq pul nişanını mövzusuna, dizaynına və təhlükəsizlik sistemlərinə görə “Dünyanın ən yaxşı yeni banknotu” tituluna layiq görərək qalib seçib. (Report)

SIĞORTANI İNDİ ƏLDƏ ET